Futbolu atdı, NAMAZA BAŞLADI

İngiltərənin "Şeffild Uensdey" klubunun futbolçusu Jeremi Helan dinlə məşğul olmaqdan ötrü karyerasını başa vurub.

İngiltərənin "Şeffild Uensdey" klubunun futbolçusu Jeremi Helan dinlə məşğul olmaqdan ötrü karyerasını başa vurub.

BBC xəbər verir ki, Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq yarımmüdafiəçisi bu qərarı 24 yaşında qəbul edib.
 
Dini əqidəcə müsəlman sayılan Helan Səudiyyə Ərəbistanına yollanaraq, ibadətlə məşğul olmaq niyyətindədir.
 
Qeyd edək ki, Jeremi Helan 2009-cu ildə "Renn" akademiyasından "Mançester Siti" akademiyasına keçib və o vaxtdan icarə əsasında "Karlayl Yunayted", "Şrusberi" və "Vulverhempton" kimi klublarda da forma geyinib. "Şeffild Uensdey"in səhmlərinə 2 il öncə azərbaycanlı iş adamı Hafiz Məmmədov sahib çıxmaq istəsə də, anlaşma onun lazımi məbləğdə vəsaiti ödəyə bilməməsi üzündən pozulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31