Ermənilərin ümidi soyunmaqdan həzz alana qalıb
ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyan New York Times qəzetində qondarma "erməni soyqırım"ı ilə bağlı reklam məqaləsi dərc etdirib.
20 Sentyabr 2016 13:16 DünyaABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyan New York Times qəzetində qondarma "erməni soyqırım"ı ilə bağlı reklam məqaləsi dərc etdirib.
ABC bildirir ki, qəzet səhifələrindən birini tam tutmuş "Soyqırımın imtinasına icazə verilməməlidir" (Genocide Denial Cannot Be Allowed) adlı bu reklam mətnində Kim Kardaşyan qondarma "soyqırım"ın danılmasının "cinayət" olduğunu vurğulayıb.
Mətndə habelə bu ilin aprelində Wall Street Journal-da dərc olunan və ermənilərin "soyqırım" iddialarını ifşa edən açıqlama da "tənqid" olunur.
Aprelin 20-də WSJ-nin tam bir səhifəsində "Truth = Peace" ("Həqiqət=Sülh") adlı mətn dərc olunmuşdu. Mətn Türkiyə, Ermənistan və Rusiya bayraqları çalarlarında olan üç əl şəkli ilə müşayiət olunurdu.
Türkiyə bayrağı rəngdə olan əl sülh işarəsini göstərir, Ermənistan və Rusiya bayraqları çalarlarında olan əllərin barmaqları isə "inad" işarəsini nümayiş etdirirdi.
Mətndə "Fact Check Armenia" saytına istinadla ermənilərin "Osmanlı Türkiyəsində 1,5 milyon erməni soyqırıma məruz qalaraq öldürülüb" tipli ağ yalanları faktlarla ifşa olunurdu.