Sabiq müsavatçıdan radikallara irad
“23 ildir iqtidara qarşı mübarizə aparırıq və mücadiləmiz bir nəticə vermir. Səbəbi nədir? Bu, 23 ildə bir partiya sədrinə rast gəldinizmi ki, cəmiyyətə deyil, partiya üzvlərinə belə seçilmiş taktikanın səhv olduğunu etiraf etsin? Bir dəfə yalan danışan, yüz dəfə utanmadan danışacaq onu”.
20 Sentyabr 2016 12:44 SosialSəxavət Əlisoy: "23 ildə bir partiya sədrinə rast gəldinizmi ki, seçilmiş taktikanın səhv olduğunu etiraf etsin?"
"23 ildir iqtidara qarşı mübarizə aparırıq və mücadiləmiz bir nəticə vermir. Səbəbi nədir? Bu, 23 ildə bir partiya sədrinə rast gəldinizmi ki, cəmiyyətə deyil, partiya üzvlərinə belə seçilmiş taktikanın səhv olduğunu etiraf etsin? Bir dəfə yalan danışan, yüz dəfə utanmadan danışacaq onu". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri sabiq müsavatçı Səxavət Əlisoy səsləndirib. O, bildirib ki, bir dəfə satılan fürsət düşən kimi yenə də satılacaq: "Əvəzində özləri problemsiz yaşayacaq, sadəlövhlər ise, döyülüb-söyüləcək, həbsxanalara düşəcək, min bir problemlə üz-üzə qalacaq". Səxavət Əlisoyun sözlərinə görə, nə qədər ki, səhvler etiraf olunmayıb, ondan nəticə çıxarılmayıb, bundan sonrakı 23 il də meydana 3-5 min, uzağı 10 min adam çıxdığının müzakirəsi yalnız facebook sosial şəbəkəsində gedəcək.