Gündəm

Makiyajsız görünməkdən qorxmayan 10 məşhur

20 Sentyabr 2016 15:24

Son zamanlar məşhur qadınlar makiyajsız görünməyi dəb halına gətiriblər.

Yarıçılpaq fotolarını internetdən sildirmək istədi, məhkəməlik oldu

20 Sentyabr 2016 15:19

Aktrisa Filiz Taçbaş gənclik illərində çəkildiyi yarıçılpaq fotoları internetdən sildirmək istəyərkən imzaladığı sənədə görə məhkəməlik olub.

Kimlər sığorta haqqı ödəməyəcək?

20 Sentyabr 2016 15:17

"Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcəklər. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər".

Rusiya Daxili İşlər Nazirliyində 700 nəfər ixtisar edildi

20 Sentyabr 2016 15:16

Rusiya Daxili İşlər Nazirliyinin mərkəzi aparatının 700 əməkdaşı ixtisar edilib.

Almaniya ilə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

20 Sentyabr 2016 15:14

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycan və Almaniya arasında münasibətlərin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Görüşün sonunda nazir Əbülfəs Qarayev səfir Mixael Kindsqrabı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Əlilliyi olan gənclərin keçiriləcək beynəlxalq yaradıcılıq festivalı

20 Sentyabr 2016 15:13

Gənclər və İdman Nazirliyi, MDB üzv ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı 20-24 sentyabr tarixlərində Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” adlı beynəlxalq yaradıcılıq festivalı keçiriləcək.

Kinoloji Mərkəz yarışlarda uğurla iştirak edib

20 Sentyabr 2016 15:12

Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə VI yarışları keçirilib.

Komitə açıq hərrac keçirib

20 Sentyabr 2016 15:08

Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir. Səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilən növbəti belə hərrac 20 sentyabr tarixində baş tutub.

Aydın Əliyev ÜGT-nin nümayəndəsini qəbul edib

20 Sentyabr 2016 15:06

Sentyabrın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundianı və ÜGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru xanım Johanna Torstromu qəbul edib. Komitədən verilən məlumata görə, Azərbaycan Gömrük Xidmətinin bugünki inkişaf trayektoriyasından da ətraflı söhbət açan DGK sədri Aydın Əliyev 25 yaşı tamam olacaq müstəqil Azərbaycan gömrüyünün artıq təkmil bir struktura çevrildiyini diqqətə çatdırmış, gömrük sistemində kadr potensialının gücləndirilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.Son dövrlər ərzində Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan da söhbət açan Aydın Əliyev mübarizənin effektivliyinin daha da artırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib, ÜGT-nin təşkilatçılığı ilə region dövlətləri üçün seminarların keçirilməsinin zəruruliyini vurğulayıb.Təmsil etdikləri təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirən qonaq ÜGT ilə respublikamızın gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə edib, ÜGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.

Elmar Məmmədyarov Kosta-Rikanın xarici işlər və etiqad naziri ilə görüşüb

20 Sentyabr 2016 15:04

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb. XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Füzulidə 2 otaqlı ev yanıb

20 Sentyabr 2016 15:02

Füzulidə 2 otaqlı evdə yanğın baş verib.”Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Şükürbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 77 m² sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nardaran qəsəbəsindən götürülən silah-sursatın sayı açıqlanıb

20 Sentyabr 2016 15:01

Son bir ildə Nardaran sakinlərinin təhvil verdiyi silah-sursatın siyahısı açıqlanıb. DİN-dən verilən məlumata görə, qəsəbədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində də diqqətəlayiq işlər görülür.

90 gənc ədliyyə orqanlarına işə qəbul olunub

20 Sentyabr 2016 14:57

Bu günlərdə 90 nəfər gənc ədliyyə orqanlarına işə qəbul olunub. Bu barədə nazirlikdən verilən məlumata görə, onlardan böyük əksəriyyəti qulluğa qəbulla bağlı keçirilmiş builki müsabiqədən uğur qazanan hüquqşünaslar, habelə nazirliyin sərəncamına göndərilmiş ATU-nun Hərbi tibb fakültəsinin məzunlarıdır. Yeni təyinatla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovun həmin gənclərlə görüşü keçirilib.

Fransada AŞ PA-nın tədbiri keçiriləcək

20 Sentyabr 2016 14:56

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək.

Xanım deputatlarımız Parisə gediblər

20 Sentyabr 2016 14:54

Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər ediblər. Milli Məclisdən verilən məlumata görə, tədbirdə insan hüquqları və etik qaydalar; demokratik sistemdə sosial ədalət çatışmazlığı və iqtisadi sistemə inam; tətil və iş hüququ: işçilərin sosial fəaliyyətinin inkişafı; Avropada uşaqların sağlamlığının və onlara qayğının təmin olması və bir sıra digər mövzularda müzakirələr keçiriləcək. Millət vəkilləri müzakirə olunan məsələlər barədə öz fikirlərini səsləndirəcəklər. Səfər sentyabrın 22-də başa çatacaq.