Xanım deputatlarımız Parisə gediblər
Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər ediblər. Milli Məclisdən verilən məlumata görə, tədbirdə insan hüquqları və etik qaydalar; demokratik sistemdə sosial ədalət çatışmazlığı və iqtisadi sistemə inam; tətil və iş hüququ: işçilərin sosial fəaliyyətinin inkişafı; Avropada uşaqların sağlamlığının və onlara qayğının təmin olması və bir sıra digər mövzularda müzakirələr keçiriləcək. Millət vəkilləri müzakirə olunan məsələlər barədə öz fikirlərini səsləndirəcəklər. Səfər sentyabrın 22-də başa çatacaq.
20 Sentyabr 2016 14:54 SosialMilli Məclisin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər ediblər. Milli Məclisdən verilən məlumata görə, tədbirdə insan hüquqları və etik qaydalar; demokratik sistemdə sosial ədalət çatışmazlığı və iqtisadi sistemə inam; tətil və iş hüququ: işçilərin sosial fəaliyyətinin inkişafı; Avropada uşaqların sağlamlığının və onlara qayğının təmin olması və bir sıra digər mövzularda müzakirələr keçiriləcək. Millət vəkilləri müzakirə olunan məsələlər barədə öz fikirlərini səsləndirəcəklər. Səfər sentyabrın 22-də başa çatacaq.