Fransada AŞ PA-nın tədbiri keçiriləcək

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək.

İclasa Sahibə Qafarova sədrlik edəcək
 

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, toplantında miqrasiya siyasəti üzrə Avropada demoqrafik dinamikada nöqsan; miqrasiya: Avropanın inkişafı üçün bir şans; Ukrayna böhranının humanitar nəticələri; Fələstinin Qəzza bölgəsində humanitar vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Millət vəkili Sahibə Qafarova onun sədrliyi ilə keçirilən iclasda gündəlikdəki məsələlərə öz münasibətini bildirəcək. 
Səfər sentyabrın 23-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31