Kinoloji Mərkəz yarışlarda uğurla iştirak edib

Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə VI yarışları keçirilib.

Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə VI yarışları keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunmuş yarışlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi də uğurla iştirak edib. DGK-nın Kinoloji Mərkəzi bu yarışlarda narkotik vasitələrin minik maşınlarında axtarışı üzrə mərhələdə 1-ci və 3-cü yerlərə, narkotik vasitələrin əl yüklərində axtarışı üzrə mərhələdə 3-cü yerə layiq görülüb. Ümumi komanda hesabında isə DGK-nın Kinoloji Mərkəzi bürünc medala layiq görülərək 3-cü yeri qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31