Aydın Əliyev ÜGT-nin nümayəndəsini qəbul edib
Sentyabrın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundianı və ÜGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru xanım Johanna Torstromu qəbul edib. Komitədən verilən məlumata görə, Azərbaycan Gömrük Xidmətinin bugünki inkişaf trayektoriyasından da ətraflı söhbət açan DGK sədri Aydın Əliyev 25 yaşı tamam olacaq müstəqil Azərbaycan gömrüyünün artıq təkmil bir struktura çevrildiyini diqqətə çatdırmış, gömrük sistemində kadr potensialının gücləndirilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.Son dövrlər ərzində Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan da söhbət açan Aydın Əliyev mübarizənin effektivliyinin daha da artırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib, ÜGT-nin təşkilatçılığı ilə region dövlətləri üçün seminarların keçirilməsinin zəruruliyini vurğulayıb.Təmsil etdikləri təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirən qonaq ÜGT ilə respublikamızın gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə edib, ÜGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.
20 Sentyabr 2016 15:06 SosialSentyabrın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundianı və ÜGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru xanım Johanna Torstromu qəbul edib. Komitədən verilən məlumata görə, Azərbaycan Gömrük Xidmətinin bugünki inkişaf trayektoriyasından da ətraflı söhbət açan DGK sədri Aydın Əliyev 25 yaşı tamam olacaq müstəqil Azərbaycan gömrüyünün artıq təkmil bir struktura çevrildiyini diqqətə çatdırmış, gömrük sistemində kadr potensialının gücləndirilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.Son dövrlər ərzində Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan da söhbət açan Aydın Əliyev mübarizənin effektivliyinin daha da artırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib, ÜGT-nin təşkilatçılığı ilə region dövlətləri üçün seminarların keçirilməsinin zəruruliyini vurğulayıb.Təmsil etdikləri təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirən qonaq ÜGT ilə respublikamızın gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə edib, ÜGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.