Nardaran qəsəbəsindən götürülən silah-sursatın sayı açıqlanıb

Son bir ildə Nardaran sakinlərinin təhvil verdiyi silah-sursatın siyahısı açıqlanıb. DİN-dən verilən məlumata görə, qəsəbədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində də diqqətəlayiq işlər görülür.

Son bir ildə Nardaran sakinlərinin təhvil verdiyi silah-sursatın siyahısı açıqlanıb. DİN-dən verilən məlumata görə, qəsəbədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində də diqqətəlayiq işlər görülür. Məlumatda bildirilir ki, cari ilin ötən dövründə Nardaran sakinləri tərəfindən könüllü olaraq, xeyli sayda silah-sursat, o cümlədən 3 ədəd avtomat, 4 tapança, 27 tüfəng, 4 əl qumbarası, 652 ədəd müxtəlif çaplı patron, həmçinin 6 "Molotov" kokteyli, 2 qumbara alışqanı, 5 sandıqça təhvil verilib və bu yöndə məqsədyönlü fəaliyyət davam etdirilir. Belə ki, hazırda paytaxtın Nardaran qəsəbəsində abadlıq-quruculuq işləri, sakinlərin sosial-məişət problemlərinin həlli, yeni iş yerlərinin açılması və infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlər uğurla həyata keçirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31