Əlilliyi olan gənclərin keçiriləcək beynəlxalq yaradıcılıq festivalı

Gənclər və İdman Nazirliyi, MDB üzv ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı 20-24 sentyabr tarixlərində Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” adlı beynəlxalq yaradıcılıq festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyi, MDB üzv ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı 20-24 sentyabr tarixlərində Bakıda əlilliyi olan gənclərin "Şərq nağılı" adlı beynəlxalq yaradıcılıq festivalı keçiriləcək. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, festivalda Azərbaycan da daxil olmaqla, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Litvadan 200 nəfərə yaxın gəncin iştirakı nəzərdə tutulub. Festival çərçivəsində müsabiqə proqramların, ustad dərslərin, ekskursiyaların, dəyirmi masanın təşkili nəzərdə və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Festival təkcə gənclərin istedadlarının aşkara çixarılması deyil, həm də ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədini daşıyır. Festivalın açılış mərasimi 21 sentyabrda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31