Komitə açıq hərrac keçirib
Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir. Səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilən növbəti belə hərrac 20 sentyabr tarixində baş tutub.
20 Sentyabr 2016 15:08 SosialƏmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir. Səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilən növbəti belə hərrac 20 sentyabr tarixində baş tutub. Açıq hərracda istənilən yerli və xarici investorlar və potensial alıcılar məhdudiyyətsiz iştirak ediblər. Komitədən verilən məlumata görə, hərracda media və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani izləyə biliblər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərracları canlı izlənilib. İlk hərracda olduğu kimi, ikinci hərrac da investorların fəallığı şəraitində keçirilib. Bu dəfəki hərracda ümumilikdə 24 dövlət əmlakı satılıb. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 milyon manat vəsait büdcəyə köçürüləcək. Hərracda 6 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 14 kiçik dövlət müəssisə və obyekti, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.