Gündəm
"Ermənilər bizdən istifadə etmək istəyirlər" - ərəb jurnalist Milli.Az-a danışdı
"Suriyanın taleyi indi Hələb şəhərində həll olunur. Son iki gündə Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunlar şəhərin mərkəzi və şimal məhəllələrindəki hücumları dayandırıblar. Amma bu, sakitlik deyil. Hər şey istənilən an partlaya bilər. Ümumiyyətlə, Suriyada vəziyyət olduqca qorxuludur. Belə getsə, dünya Suriya adlı dövləti itirə bilər, çünki ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Çin və İran arasında Suriyadakı maraqlar toqquşması milyonlarla insanı girova, potensial qurbana çevirib".
Nazirlər niyə əlçatmaz olublar?
Beynəlxalq praktikada gənc ailələrin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Etiraf edilməlidir ki, Azərbaycanda da gənc ailələrə dövlət qayğısı daim müşahidə olunmaqdadır. Bunun üçün ölkədə qanunvericilik bazası yaradılıb, xüsusi dövlət proqramları qəbul edilib.
“İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”
Ölkə iqtisadiyyatının inkşafının ən mühüm göstəricilərindən biri vətəndaşların yüksək rifahinin təmin edilməsi və davamlı olaraq dəstəklənməsidir.
Avropadan siyasi sığınacaq almaq üçün qurulan oyunlar
Bir vaxtlar “Azadlıq” qəzetində çalışan, hazırda isə Əli Kərimlinin Avropadakı mühacir biznesinin əsas fiquru sayılan Fikrət Hüseynli barədə son günlər maraqlı faktlar yayılmaqdadır.
Məscidlərdən kənar dini fəallıq Azərbaycanda dinin siyasətə sirayət etməsi görüntüsünü də gücləndirir
Bu günlərdə Lənkəran şəhərində "Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu" mövzusunda keçirilən regional konfrans və orada səsləndirilən bəzi fikirlər heç də əksəriyyət tərəfindən birmənalı qarşılanaraq təqdir edilməyib. Belə ki, konfrans iştirakçıları və təşkilatçıları tərəfindən Məhərrəm ayı, Aşura günü ilə bağlı səsləndirilən fikirlər adətən bu günlərdə küçə yürüşünə çıxan, zəncir vurub qan çıxaran, bədəninə mənasız yerə əziyyətlər verənlər tərəfindən etirazla qarşılanıb. Məlumat üçün qeyd edək ki, sözügedən konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib ki, Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun deyil: “Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır”. Şeyxülislam bildirib ki, Məhərrəm ayı ilə bağlı dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcək: “Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək”.
Roma Papası işğalçı Ermənistanı Ədalət Məhkəməsinə çıxara biləcəkmi?
Dünya katoliklərinin lideri Papa Fransiskin Bakı səfəri başa çatsa da, lakin bu səfərlə bağlı hələ də müzakirələr davam etməkdədir. Xüsusilə, Papanın Bakıdan Vatikana qayıdarkən təyyarədə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün verdiyi açıqlamalar müzakirə preedmetinə çevrilib.
Problemli kreditlərə son
Milli Məclisin payız sessiyasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənir. Məlumat üçün qeyd edək ki, kredit büroları banklar və digər borc verən təsisatlar, bank olmayan kredit təşkilatları və investisiya təsisatları banklardan və kredit verən institutlardan kredit və yaxud digər formada borc götürmüş və ya belə bir borcu götürmək arzusu olan fiziki və hüquqi şəxslərin əvvəlki borclarının tarixi və həmçinin borc almaq istəyənin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən digər məlumatların toplandığı bir məlumat bazasıdır.
Xəzərdə zəlzələ oldu
Bu gün Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 12:21:25-da qeydə alınıb.
Məsciddə namaz qılmağa gəldi, 3500 manat oğurladı
Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.
"Real" Rakitiçə iki dəfə elçi düşüb
"Real Madrid" İvan Rakitiçi iki dəfə transfer etməyə çalışıb. İspaniyanın məşhur "Mundo Deportivo" nəşri bu barədə yazıb.
Əlilliyi olan şəxslər 25266 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlər sırasında bu təbəqədən olan vətəndaşların protez-ortopedik məmulatlarla təminatı mühüm yer tutur.
"Ohanyan müxalifət partiyasına sədrlik edəcək" Hraparak
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan müxalifət partiyasına rəhbərlik edəcək. SİA-nın məlumatına görə, bu barədə “hraparak” nəşri yazıb. Qəzetin məlumatına görə, Ohanyan istefa verdikdən sonra onun müxalifət düşərgəsinə keçməsi barədə danışıqlar aparılır və sabiq nazir "Dönüş” (Şrcadarç) partiyasının sədri olacaq..
Tural Abbaslı: “Qərblə kimin görüşməsi önəmli deyil”
“Məncə, ABŞ və ya Avropaya kimin getməsi önəmli deyil”. Bunu SİA-ya Vahid Azərbaycan Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı Müsavat Partiyasının başqanı Arif Hacılının, eləcə də İsa Qəmbərin ABŞ-a planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.
Avropadan “Milli Şura” və AXCP-yə SƏRT İTTİHAMLAR
Müxalifət düşərgəsində “qiyamçı səfir” kimi tanınan və hazırda Avropada mühacirətdə yaşayan Arif Məmmədovun “Milli Şura” və AXCP-nin planına əsasən “AND” - “Azərbaycan Naminə Demokratiya” hərəkatı yaratmaq istəyi məhz düşərgə təmsilçiləri tərəfindən kəskin etirazlarla qarşılanıb. SİA-ya daxil olan məlumata görə, etiraz edən tərəflər əsasən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün bu məsələdə təşəbbüskar kimi çıxış etməsini öyrəndikdən sonra buna qarşı çıxıblar. Belə ki, A.Məmmədovun “Milli Şura”ya yaxın olması və hərəkat təsis edilərkən, “Milli Şura” rəhbəri C.Həsənlinin iştirak etməsi vəziyyətin gərginləşməsinə səbəb olub. Məlumat sırasında bəlli olub ki, “AND”ın təsis tədbirindən çəkilən fotolarda olanların əksəriyyəti AXCP və “Milli Şura” təmsilçiləridir.
Millət vəkili: “Bu təşkilatlar Azərbaycana qarşı düşmənçilik etmək üçün yaradılıb”
"Kimin, hansısa xarici təşkilatın, eləcə də radikal qrupların nə deməsindən asılı olmayaraq Azərbaycan xalqı 26 sentyabrda öz sözünü dedi. Xalq konstitusiyaya təklif olunan əlavə və dəyişiklərə “HƏ” deməklə Azərbaycanın gələcək inkişafına səs vermiş oldu. İndi kimsə bunu bəyənmirsə, xalqın iradəsinə qarşı çıxırsa, deməli, dövlətimizin inkişafını istəmir”.














