Avropadan siyasi sığınacaq almaq üçün qurulan oyunlar
Bir vaxtlar “Azadlıq” qəzetində çalışan, hazırda isə Əli Kərimlinin Avropadakı mühacir biznesinin əsas fiquru sayılan Fikrət Hüseynli barədə son günlər maraqlı faktlar yayılmaqdadır.
5 Oktyabr 2016 13:37 SiyasətƏli Kərimlinin "biznes şəriki" Hollandiyadan hansı yolla sığınacaq alıb?
Bir vaxtlar "Azadlıq" qəzetində çalışan, hazırda isə Əli Kərimlinin Avropadakı mühacir biznesinin əsas fiquru sayılan Fikrət Hüseynli barədə son günlər maraqlı faktlar yayılmaqdadır. Məlumata görə, sözügedən şəbəkənin xətti ilə Avropadan siyasi sığınacaq alan hər bir şəxsdən Fikrət Hüseynli 5-6 min dollar alaraq həmin vəsaitin bir hissəsini Bakıya, Əli Kərimliyə göndərir. Bu arada Fikrət Hüseynlinin Avropadan necə sığınacaq aldığı barədə də maraqlı nüanslar ortaya çıxıb. Hollandiyada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli bildirib ki, 2006-cı ildə bilərəkdən özünü avtomobil qəzasının qurbanına çevirən Fikrət Hüseynli qəza zamanı aldığı "xəsarət"ləri təqib və təzyiqə məruz qalma, döyülmə halı kimi təqdim edib. İddia edib ki, guya siyasi baxışlarına görə təzyiqə məruz qalaraq müxtəlif dərəcəli xəsarətlər alıb: "Halbuki Fikrət Hüseynli 2006-cı ildə Bakıda özünü bir avtomobilin altına atıb. Avtomobil sahibinin sözlərinə görə Fikrət Hüseynlinin yüngül xəsarət almasına baxmayaraq, fırıldaqçı, saxtaxar Fikrət Hüseynli avtomobil sahibinin hesabına 6 ay evinə bazarlıq etdirib. Sonda isə ondan 10 min dollar alaraq avtomobil sürücüsündən şikayətini geri götürüb. Aldığım başqa məlumatlara görə Fikrət Hüseynli hələ Azərbaycanda olarkən maddi yardım qarşılığında məhkəmələrdə yalan ifadələr verib, insanların üzünə durub işverənlik edib, çoxlu sayda insanın həbsinə bais olub. Onun saxtakarlığı Azərbaycanda məlum olduqdan sonra 2008-ci ildə Azərbaycandan turist adı altında Avropaya gedib. Oradan isə Hollandiyaya gələrək siyasi sıgınacaq istəyib". Elxan Mirhəşimli deyib ki, Fikrət Hüseynli Hollandiyadan siyasi sığınacaq istəyən zaman məhz avtombil qəzasından sonra çəkdirdiyi şəkilləri təqdim edərək təhdid olunduğunu, döyüldüyünü iddia edib. Onun iddiasına görə, Azərbaycanda siyasi düşüncəsi səbəbindən qoçular tərəfindən döyülüb, öldürülmək, başının kəsilməsi təhlükəsi ilə üzləşib: "Hollandiyada oturum aldıqdan sonra da Fikrət Hüseynli saxtakarlığından əl çəkmir. İnsan alveri edərək insanları Azərbaycandan didərgin salır. Həmin şəxslərin mal və mülklərini satdıraraq Avropaya, Hollandiyaya gətirir. O, "Hollandiyada gözəl həyat var. gəlin bura, mən sizə kömək edəcəm kimi yalan vədlər verir. Azərbaycandan gələn soydaşlarımız sonradan anlayırlar ki, hər şey Fikrətin söylədiyi qədər asan deyil. Burada artıq onlar Fikrətdən asılı vəziyyətə düşürlər". Diaspor rəhbəri deyir ki, Fikrət Hüseynlinin jurnalistika ilə heç bir əlaqəsi və savadı, anlayışı yoxdur: "Fikrət Hüseynli İncəsənət Universtetinin aktyorluq fakultəsinin məzunudur. Hollandiyada oturum aldıqdan sonra müxtəlif rola girərək özünü radikal müxalifətçı kimi aparır". Elxan Mirhəşimli qeyd edib ki, bu günlərdə Azərbaycan diasporunun fəallarına qarşı Hollandiyada iki istiqamətdə hücum var: "Bir istiqamət ermənilər, digər istiqamət isə Fikrət Hüseynlidir. Məlum olduğu kimi Hollandiya Azərbaycan Türk Kültur Dərnəyinin rəhbəri Ilhan Aşkına qarşı ermənilər tərəfindən hücumlar var. Ermənilər polisə şikayət edərək İlhan Aşkın barəsində cinayət işinin açılmasını tələb edirlər. Ermənilər Hollandiya polisinə yalan ifadə veriblər ki, guya mitinqdə İlhan Aşkın onları ölümlə hədələyib. Fikrət Hüseynli holland polisinə şikayət edir ki, guya mən Fikrəti ölümlə hədələyirəm, onun evinə hücum edirəm. Açıq-aydın görürük ki, ermənilərlə Fikrət Hüseynlinin hərəkətlərində oxşarlıq var. Ermənilər də bizdən şikayət edir, Fikrət Hüseynli də. Görəsən Fikrət Hüseynli bu təlimatları kimdən alir? O, ermənilərlə işbirliyi edir? Görünən odur ki, Fikrət Hüseynlinin yeganə məqsədi bizim fəaliyyətimizə mane olmaqdır. Məqsəd isə ara qarışdırmaq, birliyimizi pozmaqdır. Biz Hollandiyada təşkilat olaraq Xocalı faciəsi ilə bağlı tədbirlər keçirib, Ermənistan səfirliyinin qarşısında etiraz mitinqi təşkil edib Azərbaycanın haqlı, ədalətli mövqeyini, torpaqlarımızın işğal edildiyini, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini dünyaya bəyan etdiyimiz halda ermənilər və Fikrət Hüseynli bu fəaliyyətə mane olmağa çalışır. Onda Fikrət Hüseynli ilə erməninin nə fərqi var?". Diaspor rəhbəri onu da qeyd edib ki, Fikrət Hüseynli heç zaman Hollandiyada Azərbaycanla bağlı keçirilən tədbirlərdə iştirak etməyib: "Həmçinin tədbirlərimizə qatılmaq istəyənlərə də mane olub, onları şantaj edib. Təəssuflər olsun ki, Fikrət Hüseynlinin şantaj və təsiri altına düşən həmyerlilərimiz də var. Mən bir milliyyətçi kimi, millətimizin insanlarının siyasi düşüncələrinə görə deyil, onların özlərinin xarakterinə görə hörmət edirəm. Çünki hər kəs eyni düşüncədə ola bilməz. Hər kəsin də düşüncəsinə hörmətlə yanaşıram. Fikrət Hüseynliyə isə yalnız bir ad vermək olar, Milli Satqın" Göründüyü kimi, Əli Kərimli və onun Avropada olan tərəfdarları ayrı-ayrı ölkələrdə olan diaspor fəallarımız, dəyərli soydaşlarımıza qarşı həmişəki kimi düşməncəsinə fəaliyyətdədirlər. Bu fəaliyyətin sifarişi isə heç şübhəsiz ki, erməni lobbisindən gəlib.
Füzuli