Gündəm

Bakının seysmik riski qiymətləndiriləcək - YENİ XƏRİTƏ

5 Oktyabr 2016 14:27

"Bakı şəhərində seysmik riskin qiymətləndirilməsinə ilk olaraq Səbail rayonundan başlanılacaq". 

Qaradağda 400 kv.metrlik anbar yanıb

5 Oktyabr 2016 14:20

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m2 (hər mərtəbəsi 200 m2 ) olan ikimərtəbəli elektrik-qaz cihazları anbarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə dam örtüyünün yanar konstruksiyaları və içərisində olan elektrik-qaz cihazları yanıb. Yaxınlıqdakı anbarlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİN: “Mağaza sahibini ruhi xəstə öldürüb”

5 Oktyabr 2016 14:19

Daxili İşlər Nazirliyi Bakıda mağaza sahibinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub.Ondan hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb. Faktla bağlı araşdırma aparılır.

Sənin əmiliyinə bir “quş”, Teymur əmi...

5 Oktyabr 2016 14:17

İnsan kim olursa olsun - gəncdi, ya qocadı, sosaial statusu nədi, alimdi, fəhlədi, biznesmendi, məmurdu, yaxud da şou əhlidi, fərq etməz, gərək İNSANlığını hər şəraitdə, hər situasiyada qoruya bilsin, onu bir qəpiklik edib, tapdalamasın. Amma nə yazıqlar ki, bizim müğənnilərin, daha doğrusu şou-biznes nümayəndələrinin çoxu belə ali hisslərdən məhrumdu.

Xeyli miqdarda dərman preparatları zərəsizləşdirilib

5 Oktyabr 2016 14:15

Bakı Baş Gömrük İdarəsi idxalına icazə verilməyən xeyli miqdarda dərman preparatının qanuna müvafiq qaydada zərərsizləşdirilməsini həyata keçirib. DGK-dan verilən məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mənfi rəyinə əsasən, idxalına icazə verilmədiyi üçün 1100 ədəd “Uqol aktivirovannıy”, 5040 ədəd “Zelyonka”, 102 ampul “Sıvorotka p/qanqrenoznaya”, 50 ampul “Sıvorotka p/yada qadyuki”, 607 flakon “Isotoran”, 800 tyubik “Funqoferbin”, 16 ədəd “Bioparoks”, 529 ədəd “Abizol 15 mq”, 320 ədəd “Abizol 5 mq”, 3995 ədəd “Anzibel”, 954 ədəd “Duxet”, 974 ədəd “Etodin”, 2076 ədəd “Lansobel”, 950 ədəd “Prefix №10”, 509 ədəd “Prefix 100 ml”, 1000 ədəd “Sinazin №50”, 508 ədəd “Sinazin №20”, 2238 ədəd “Terfalin”, 3000 ədəd “Tylol”, 2850 ədəd “Tylolhot”, 3162 ədəd “Ulfrox”, 1000 ədəd “Lipideks” və 2000 ədəd “Meqasef”adlı dərman preparatları məhv edilib. 

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

5 Oktyabr 2016 14:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məsciddə namaz qılanın 3500 manatı oğurlandı

5 Oktyabr 2016 14:02

Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb. Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib. Faktla bağlı araşdırmalara başlanılıb.

Təbliğatımızı vətəndən kənarda olsun daha da gücləndirməliyik

5 Oktyabr 2016 14:01

“Hər birimizin qəlbində istər gizli, istərsə də aşkar Vətən-millət sevgisi yaşamaqdadır. Kimiləri onu daha qabarıq şəkildə hiss etdirə bilir. Kimisi isə mənəviyyatının güclü olmas ilə biruzə verir. Bu belə də olmalıdır. Çünki biz mental dəyərlərə üstünlük verən, əxlaqi xüsusiyyətləri, qeyrəti, halal-haramlığı dəyərləndirən, mədəniyyəti və irsi nümunələri tarixin daha dərinlərinə köklənən zəngin bir xalqın qanını daşıyırıq”.

Azərbaycanla bağlı kitablar qırğız oxuculara elektron versiyada

5 Oktyabr 2016 14:00

Qırğızıstanda fəaliyyət göstərən turktoday.info saytında Azərbaycanla bağlı kitabların elektron versiyası yerləşdirilib. “OLAYLAR”-ın xəbərinə görə, bu ölkədə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun dəstəyi ilə çap olunan və ya tərcümə edilərək işıq üzü görən kitabların elektron versiyasının sözügedən sayta yerləşdirilməsinə artıq bir müddətdir ki, start verilib. Bu dəfə saytda “Prezident İlham Əliyev” kitabının I-II və III cildləri, Güntəkin Nəcəflinin “Azərbaycan XVIII-XIX əsrlər” kitabı, Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, Bəxtiyar Tuncayın “Qafqaz Albaniyası” və s. kitabların elektron versiyası ilə oxucular tanış ola bilər.

Yeni deputatın 62 mənzili var

5 Oktyabr 2016 13:54

Rusiyada yeddinci çağırış Dövlət Dumasına seçilmiş “Vahid Rusiya” partiyasının təmsilçisi, Arxangelsk vilayətindən iş adamı Andrey Palkinin 62 mənzili var.

Ermənistan hökuməti Suriyaya təyyarə dolusu silah göndərdi

5 Oktyabr 2016 13:52

Ermənistan hakimiyyətinin Suriya rəhbəri Bəşər Əsədə və bu ölkədəki İran döyüşçülərinə yardım göndərdiyi üzə çıxıb.

Türk həkimlərinin keçirdiyi nadir əməliyyatlar ATU-da translyasiya olunacaq

5 Oktyabr 2016 13:51

Azərbaycan Tibb Universiteti (ATU) Memorial Xəstəxanalar  Qrupu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Yaxın gələcəkdə iki müəssisə arasında müştərək tədbirlər, birgə əməliyyatlar, seminar və elmi konfransların keçirilməsi planlaşdırılır. Bu haqda ilkin razılıq Memorial Xəstəxanalar  Qrupunun baş direktoru Uğur Genç ilə ATU rektoru, professor Gəray Gəraybəyli arasındakı  görüş zamanı əldə olunub.

«Rəqəmsal iqtisadiyyat»da elektron ticarətin dövlət uçotunun təşkil olunması zəruridir

5 Oktyabr 2016 13:49

Müsahibimiz Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədovdur - Əflatun müəllim, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri «rəqəmsal iqtisadiyyat»ın, o cümlədən e-ticarətin vergiyə cəlb olunmasıdır. Əvvəlcə anlayışın özünə aydınlıq gətirmək oxucularımız üçün də maraqlı olar: «rəqəmsal iqtisadiyyat» nədir?

"Onunla eyni evdə qalmırıq"

5 Oktyabr 2016 13:45

"Poyraz Karayel" serialının çəkilişlərindən sevgili olan İlker Kaleli və Burçin Terzioğlunun ayrılması haqda xəbərlər yayılmışdı.