Yeni deputatın 62 mənzili var
Rusiyada yeddinci çağırış Dövlət Dumasına seçilmiş “Vahid Rusiya” partiyasının təmsilçisi, Arxangelsk vilayətindən iş adamı Andrey Palkinin 62 mənzili var.
5 Oktyabr 2016 13:54 DünyaRusiyada yeddinci çağırış Dövlət Dumasına seçilmiş "Vahid Rusiya" partiyasının təmsilçisi, Arxangelsk vilayətindən iş adamı Andrey Palkinin 62 mənzili var.
Virtualaz.org bildirir ki, bu xəbəri RBK televiziyası verib.
Palkinin özünün vergi orqanlarına təqdim etdiyi bəyannaməyə əsasən, 2015-ci ildə onun gəlirləri 1,5 milyard rubl (təxminən 24 milyon dollar - virtualaz.org) təşkil edib. Həmin sənədə əsasən, yeni deputatın Arxangelsk vilayətində 59 mənzili, Moskva vilayətində isə 3 mənzili var. Bundan savayı, Palkin 200 nəqliyyat vasitəsinin sahibidir ki, bunun da əksəriyyəti tikinti texnikasıdır.
Mənbənin məlumatına əsasən, Andrey Palkin 1990-cı illərdən Arxangelsk vilayətində tikinti biznesi ilə məşğuldur və burada fəaliyyət göstərən tikinti şirkətlərinin səkkizi ona məxsusdur. Regionda o, ucuz mənzillərin satışı ilə məşğul olan iş adamı kimi tanınıb.