Təbliğatımızı vətəndən kənarda olsun daha da gücləndirməliyik
“Hər birimizin qəlbində istər gizli, istərsə də aşkar Vətən-millət sevgisi yaşamaqdadır. Kimiləri onu daha qabarıq şəkildə hiss etdirə bilir. Kimisi isə mənəviyyatının güclü olmas ilə biruzə verir. Bu belə də olmalıdır. Çünki biz mental dəyərlərə üstünlük verən, əxlaqi xüsusiyyətləri, qeyrəti, halal-haramlığı dəyərləndirən, mədəniyyəti və irsi nümunələri tarixin daha dərinlərinə köklənən zəngin bir xalqın qanını daşıyırıq”.
5 Oktyabr 2016 14:01 Sosial"Hər birimizin qəlbində istər gizli, istərsə də aşkar Vətən-millət sevgisi yaşamaqdadır. Kimiləri onu daha qabarıq şəkildə hiss etdirə bilir. Kimisi isə mənəviyyatının güclü olmas ilə biruzə verir. Bu belə də olmalıdır. Çünki biz mental dəyərlərə üstünlük verən, əxlaqi xüsusiyyətləri, qeyrəti, halal-haramlığı dəyərləndirən, mədəniyyəti və irsi nümunələri tarixin daha dərinlərinə köklənən zəngin bir xalqın qanını daşıyırıq". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə qeyd edib ki, Azərbaycan və xaricdə yaşayan azərbaycanlılarımız haqqında olan paylaşımlara laqeyid yanaşmamaq lazımndır: "Bizim işimiz vətəndən kənarda yaşayan, ölkəmizi, millətimizi, milli mənsubiyyət və atributlarımızı, təbliğ edən, haqq səsimizə səs verib rahat yaşaya biləcəkləri halda Xocali üçün, eləcə də tarixən xalqımıza olan haqsızlıqlara qarşı haqq səsini yüksəldərək meydanlara cixan soydaşlarımıza mənəvi dəstək olmağı bacarmaqdır. Bildiyiniz kimi FACEBOOK önəmli və diqqət mərkəzində olan Sosial şəbəkələrdən biridir. Sizin paylaşımlara olan dəstəyiniz və diqqətiniz mühüm əhəmiyyət kəsb edir və ictimaiyyətin maariflənməsində önəmli rol oynayır. Erməni lobbilərinin ölkəmizin siyasi-iqtisadi maraqlarını, eləcə də tarixi faktlarını təhrif edərək tamamilə özlərinə uyğun şəkildə xaricdəki ictimaiyyətə çatdıra bilmələri alçaqca yürütdükləri təbliğatın və bir-birilərinə nümayiş etdirdikləri dəstəyin bəhrəsidir. Məhz qeyd etdiklərimin acı nəticəsidir ki, hələ də bir cox dövlətlətlər xalqımızın başına açılan min cür oyunlara qarşı soyuq münasibət bəsləyərək inamsız yanaşır. Bunun üçün hər birimiz gələcəyimiz naminə əl-ələ verməli və təbliğatımızı istər vətəndə, istərsə də vətəndən kənarda olsun daha da gücləndirməliyik. Dünya Azərbaycanlıları Assambleyasının əsas məram və məqsədi məhz beynəlxalq arenada xalqımızın haqq səsini öz imkanları və bacarığı daxilində dünya ictimaiyyətinə və dünya azərbaycanlılarına çatdırmaqdır. Bu müqəddəs və məsuliyyətli işdə, hər birinizin göstərəcəyi mənəvi dəstək ehtiyac duyduğumuz tək vacib əməldir. Belə məsuliyyətli işlər yalnız toplumun dəstəyi sayəsində geniş vüsət alıb uğur qazana bilər".