Məscidlərdən kənar dini fəallıq Azərbaycanda dinin siyasətə sirayət etməsi görüntüsünü də gücləndirir
Bu günlərdə Lənkəran şəhərində "Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu" mövzusunda keçirilən regional konfrans və orada səsləndirilən bəzi fikirlər heç də əksəriyyət tərəfindən birmənalı qarşılanaraq təqdir edilməyib. Belə ki, konfrans iştirakçıları və təşkilatçıları tərəfindən Məhərrəm ayı, Aşura günü ilə bağlı səsləndirilən fikirlər adətən bu günlərdə küçə yürüşünə çıxan, zəncir vurub qan çıxaran, bədəninə mənasız yerə əziyyətlər verənlər tərəfindən etirazla qarşılanıb. Məlumat üçün qeyd edək ki, sözügedən konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib ki, Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun deyil: “Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır”. Şeyxülislam bildirib ki, Məhərrəm ayı ilə bağlı dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcək: “Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək”.
5 Oktyabr 2016 13:34 SosialElxan Şahinoğlu: "Aşürə günü küçə yürüşləri və bədənə zəncirvurma əvəzinə insanların qanvermə aksiyalarına qoşulmaları Azərbaycandakı multikulturalizmə və dini tolerantlığa da xidmət edir"
Bu günlərdə Lənkəran şəhərində "Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu" mövzusunda keçirilən regional konfrans və orada səsləndirilən bəzi fikirlər heç də əksəriyyət tərəfindən birmənalı qarşılanaraq təqdir edilməyib. Belə ki, konfrans iştirakçıları və təşkilatçıları tərəfindən Məhərrəm ayı, Aşura günü ilə bağlı səsləndirilən fikirlər adətən bu günlərdə küçə yürüşünə çıxan, zəncir vurub qan çıxaran, bədəninə mənasız yerə əziyyətlər verənlər tərəfindən etirazla qarşılanıb. Məlumat üçün qeyd edək ki, sözügedən konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib ki, Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun deyil: "Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır". Şeyxülislam bildirib ki, Məhərrəm ayı ilə bağlı dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcək: "Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanı sevməyən qüvvələrin xalqımız üçün çox həssas olan dini-əxlaqi məsələlərə müdaxilə etmək niyyətləri hər zaman olub və həmin qüvvələr mərasimlərimizə yad elementləri əlavə etməklə insanları yalnış istiqamətlərə yönəltməyə səy göstəriblər. Lakin bütün bunlara qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, hakimiyyətin, onun müvafiq qurumlarının səsləndirdikləri narahatlıq dolu fikirlər başadüşüləndir. Elxan .Şahinoğlu hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin konfransı Lənkəranda keçirməsi təsadüfi deyildi: "Məhz Lənkəranda keçən il Aşurə günündə on minlərlə insan mərkəzi küçələrdə yürüş etdilər. İnternetdə yayılan kadrlar cəmiyyətdə müxtəlif müzakirələrə səbəb oldu. Həmin küçə yürüşü hakimiyyəti də ciddi narahat etdi. Ona görə də hakimiyyət eyni hadisənin təkrarlanmasını istəmir". Mərkəz rəhbəri hesab edir ki, hakimiyyətin narahatlığının iki səbəbi var: "Birinci səbəb. Azərbaycan prezidenti multikulturalizm siyasətinə böyük əhəmiyyət verir, bu məqsədlə Bakıda və xarici ölkələrdə müxtəlif beynəlxalq konfranslar keçirilir. Bununla prezident indiki qarışıq dünyada Azərbaycanın dini və iqri dözümlülük adası olduğu görüntüsünü gücləndirmək istəyir. Ancaq Aşurə günü küçə yürüşləri və bu zaman zəncir vurma halları prezidentin siyasətinə tərs düşür. Ona görə də hakimiyyət Aşurə günündə dini mərasimlərin məscidlərdən kənara çıxmasını istəmir. Həmin gün nə küçə yürüşlər olmalı, nə də məscidlərdə qara bayraqlar asılmalıdır. Belə görünür ki, məscidlərin içinə müdaxilə olmasa da, polis küçə yürüşlərinin qarşısını almağa çalışacaq. Xəbərdarlıq edilib və deməli bundan nəticə çıxarılmalıdır. İkinci səbəb. Aşurə günündə məscidlərdən kənar dini fəallıq Azərbaycanda dinin siyasətə sirayət etməsi görüntüsünü də gücləndirir. Hakimiyyət və cəmiyyətin əksər hissəsi bunun əleyhinədir. Bu Azərbaycanın dünyəvi dövlət quruluşuna ziddir. Son zamanlar müxalifətin keçirdiyi mitinqlərdə islam elementinin güclənməsi də hakimiyyətin narahatlığını bir az da artırır. Hakimiyyət bu səbəbdən də Aşurə günündə küçə yürüşlərini qadağan etmək istəyir. Çünki bir anda yürüşün məqsədi dəyişə və fərqli şüarlar səsləndirilə bilər ki, bu da gərginliyi artırar". Elxan .Şahinoğlu onu da deyib ki, Azərbaycanda bir neçə il əvvəl Aşurə günü İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu təşəbbüsü ilə qanvermə aksiyası keçirildi. Sonrakı illər bu təşəbbüsə Qafqaz Müsəlmanları İdarəsi də qoşuldu və Aşurə günü qanvermə aksiyasi Azərbaycanın bütün məscidlərində həyata keçirilməyə başlandı: "Bu təşəbbüs yalnız Azərbaycan üçün deyil, Aşurə gününü qeyd edən bütün müsəlman ölkələr üçün müsbət yenlik idi. Aşürə günü küçə yürüşləri və bədənə zəncirvurma əvəzinə insanların qanvermə aksiyalarına qoşulmaları Azərbaycandakı multikulturalizmə və dini tolerantlığa da xidmət edir. Çünki Aşurə günü məscidlərdə yığılan qan müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçündür və bu insanlar arasında Azərbaycanda yaşayan bütün millətlərin və fərqli dinlərin nümayəndələri var".
S.İsmayılbəyli