“İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

Ölkə iqtisadiyyatının inkşafının ən mühüm göstəricilərindən biri vətəndaşların yüksək rifahinin təmin edilməsi və davamlı olaraq dəstəklənməsidir.

Ölkə iqtisadiyyatının inkşafının ən mühüm göstəricilərindən biri vətəndaşların yüksək rifahinin təmin edilməsi və davamlı olaraq dəstəklənməsidir.

Hər bir cəmiyyətdə inkşafın son məqsədi insanla bağlıdır, belə ki, insan istehsal sahələrinin əsas inkişaf amili olmaqla yanaşı, həm də istehsal münasibətlərinin və bütün digər ictimai münasibətlərin əsas subyektidir. Odur ki, dövlətin iqtisadi artım layihələrinin də əsas məqsədi vətəndaşlarının hərtərəfli inkişafını və rifahını təmin etməkdən ibarətdir.

Bu sahədə görülən ən böyük işlərdən biri sosial-iqtisadi həyatının aktivləşməsi üçün yollar, elektrik, qaz və su təminatı da daxil olmaqla, müasir infrastrukturun yaradılmasıdır.

"Azərişıq" ASC yarandığı ilk gündən başlayaraq ötürücü şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər, onların idarə edilməsi, güclü kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirir. Bu istiqamətdə əhaliyə xidmət səviyyəsinin günbəgün artırılması qarşıya məqsəd kimi qoyulub.

Ötən illərdə elektrik enerjisi paylayıcı şəbəkənin köhnəlməsi enerjinin son istehlakçıya tam həcmdə çatdırmağa imkan vermir, və həmçinin enerji kəsintilərinə səbəb olurdu. Texniki itkilərin payının yüksək olması ilə yanaşı, bu həmçinin istehsal sahələrində də müəyyən çətinliklərə səbəb olurdu. Məhz bu problemlərin həll edilməsi üçün Prezident İlham Əliyev 15 fevral 2015-ci il tarixində "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC-nin yaradılması haqqında sərəncam imzaladı.

Qısa müddət ərzində yeni yaradılan qurum sayəsində paytaxt Bakıda istehlakçılar saatlarla davam edən elektrik enerjisindəki fasiləni unutdular, küçələrdən və evlərdən məftillərin təhlükəli "hörümçək tor"ları yoxa çıxdı.

Bununla yanaşı,istifadə olunan elektrik eneerjisinə görə odənişlərin demək olar ki, tamlıqla toplanması da təmin olundu.

Eyni zamanda regionlardakı istehlakçıların elektrik enerjisi ilə keyfiyyətli və kəsintisiz təchiz olunmasına dair regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına əsaslanmış, böyük yenidənqurma və inkişaf proqramı hazırlandı.

Proqramın həyata keçirilməsi mövcud elektrik şəbəkələrinin reabilitasiyasına, abunəçilərin sabit və fasiləsiz eletrik enerjisi ilə təmin olunmasına, məxsusi ilə kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərində elektrik təminatının yenidən qurulması, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının yaxşılaşdırılmasəna imkan verəcəkdir.

Proqramın ikinci hissəsi regional elektrik şəbəkələrinin əsaslı yenidənqurulmasını nəzərdə tutur və reabilitasiya yekunlaşdıqdan sonra üç il müddətində reallaşdırılacaq. Bu mərhələdə Azərbaycanın 2013-2025-ci illər üzrə Enerji Sektoru üzrə Baş Planına əsasən, təxirəsalınmaz tədbirlər yerinə yetiriləcək.

Qeyd etmək gərəkdir ki, hal-hazırda elektrik stansiyalarının və paylama məntəqələrinin təchizatı da müasir texnologiyalar əsasında aparılır - elektrik verilişi xətləri yenilənir, dayaqlar arasında olan məsafə qısaldılır. Bu, avadanlığın istismar müddətini uzatmağa imkan verir.

Yaradıldığı andan "Azərişıq" yarımstansiyaların yenilənməsinə də xüsusi diqqət yetirir.

Bütövlükdə, 2015-ci ildə 110/ 35/10 kV-luq üç yeni yarımstansiya quraşdırılıb: Gədəbəy rayonunda "Gədəbəy", Şəki rayonunda "Göynük", Xəzər ra-yonunda "Buzovna -2". Həmçinin 35 kV-luq paylayıcı şəbəkələr üzrə 22 ədəd yarımstansiya, 1300 KTM inşa edilib, istər yüksəkvoltlu (110-, 35-, 6-10-kV), istərsə də paylayıcı şəbəkə üzrə elektrik xətlər yenilənib. Bununla belə, abunəçilərə elektrik enerjisinin tədarükü üçün müasir SİP-naqillərdən daha çox istifadə edilib. Abunəçilər üçün 185 mindən artıq yeni sayğaclar quraşdırılıb, 14 mindən çoxu SMS tipli müasir sayğaclardır.

Elektrik şəbəkəsinin məsafədən idarə olunmasını təmin edən "SCADA" sisteminə 32 ədəd yarımstansiya qoşulub. Bakı şəhərində və regionlarda 17 yeni ofis binaları tikilib, daha bir neçə bina əsaslı təmir olunub.

Ötən ilin nəticələrinə əsasən, Azərbaycanda ümumi enerji generasiyasının 41,2%-i enerji sisteminin yeni və alternativ güclərinin payına düşdüyünü təsdiqləyir. 2,3 min MVt istehsalat gücünə malik olan yeni generasiya gücləri 2015-ci ildə 9,270 mlrd. kVt/s elektrik enerjisi istehsal ediblər. Müqayisə üçün, ötən ildə generasiyanın ümumi həcmi 22,5 mlrd. kVt/s istehsalatı təmin edib.

Qeyd edək ki, son 10 il ərzində Azərbaycanda 17 müxtəlif tipli yeni elektrik stansiyası istismara verilib, enerji sisteminin qoyuluş gücü 7 129 MVt-ə qədər çatıb. Və belə görünür ki, yaxın zamanlarda bu göstəricilər daha da artacaq.

Aparılan işlər istifadə olunan enerjiyə görə yığımların səviyyəsinə də müsbət təsir edib - Bakı şəhəri üzrə 98,3%, regional elektrik şəbəkələri üzrə isə 86,6% yığıma nail olunub. Qeyd etmək gərəkdir ki, məhz istehlakçılar üçün ən böyük rahatlıq məhz ödəmələrin asanlaşdırılması ilə bağlıdır. Dövrün ən son texnoloji nəaliyyətlərindən istifadə edərək istehlakçılar elektrik enerjisinə görə ödəmələri şəhər, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirirlər.

Eyni zamanda, yeni "Online ödəmə" xidmətindən istifadə etməklə elektrik enerjisi haqqını harada olduğunuzdan asılı olmayaraq çox rahat şəkildə ödəmək mümkündür.

İnsanlar isə ödəmənin mümkün qədər daha asan və rahat olmağını istəyir. Bu sahədə görülə biləcək işlərdən biri də mobil proqram təminatının yaradılmasıdır. Bundan başqa, avtomatik ödəmə sistemləri də tətbiq oluna bilər ki, ABŞ-da artıq bu üsul artıq müvəffəqiyyətlə tətbiq olunur.

Avtomatlaşdırılmış ödənişlər müştərilərin yaşamına uyğun olaraq tənzimlənə bilər. Müştərilər ödəniş barədə sərəncamı bank hesabı və ya debit / kredit kartı ilə müəyyən edir, və aylıq olaraq onların elektrik enerjisi istehlakına görə olan borcları avtomatik olaraq hesablarından ödənir.

Hal hazırda, istehlakçilara xidmətin yaxşılaşdırılması üçün "Azərişıq" həmçinin "ASAN Xidmət" mərkəzləri ilə fəal əməkdaşlıq edir. Hazırda Bakı şəhərində 1,2,3,4,5 saylı "ASAN xidmət" mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə "ASAN xidmət" mərkəzlərində "Azərişıq" ASC-nin fəaliyyəti davam etdirilir. Burada abunçəlilər borcun olması və ya olmamasına dair arayışlar ala, elektrik şəbəkəsinə qoşulma, eləcə də onları maraqlandıran digər problemlərlə bağlı məlumat da əldə edə bilərlər.

Abonentlərin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq, göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədilə bu ilin avqust ayından etibarən Gəncə və Qəbələ "ASAN xidmət" mərkəzlərində də fəaliyyətə başlayıb.

"Azərişıq" ASC eyni zamanda "Elektron hökumət" portalına inteqrasiya olunub və "Texniki şərt üçün müraciət forması" adlı elektron xidmət vasitəsilə istifadəçilər bu quruma müraciət edə biləcəklər.

Bu xidmət sayəsində obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.

Beləliklə inamla deyə bilərik ki, bugün "Azərişıq" öz müştərilərinə etibarlı və yüksək elektrik enerjisi ilə təchiz edir. Ancaq yeni istehsal sahələrinin və elektrik nəqliyyat vasitələri kimi yüklənmələrin peyda olması şəbəkələrin daha da gücləndirilmısini zərururi edir.

Paylayıcı şəbəkə sisteminə investisiyaların qoyulması, o cümlədən smart paylayıcı və smart sayğacların quraşdırılması günün tələblərinə cavab verməyə imkan verəcəkdir.

Ölkənin elektrik enerjisi paylayıcı şəbəkəsinin texniki itki səviyyəsinin 2020-ci ilə 16.5% dən 6.5% -ə düşürülməsi nəzərdə tututlur. Enerji xətlərinin itkilərinin səviyyəsinin isə 4.3% -dən 2.8%-ə qədər azaldılması planlaşdırılır.

"Azərişıq"ın paylayıcı şəbəkəsinin daha böyük inkişafına Asiya İnkişaf Bankı ilə müqavilənin həyata keçirilməsi yardım edir. Bu məqsədlə AİB 750 mln. dollar həcmində kredit ayıracaq, Azərbaycan hökuməti isə daha 250 milion dollar məbləğində vəsaiti təmin edəcək.

Bu müqavilənin icrası ölkənin regionlarında paylayıcı şəbəkəni yüksək səviyyədə təkmilləşdirməyə, istehlak edilən elektrik enerjisinə görə yığımların göstəricisini yaxşılaşdırmağa və s. imkan verəcək.

Beləliklə də, "Azərişıq" qısa vaxtda regionlarda paylayıcı şəbəkənin inkişafını paytaxt səviyyəsinə çatdırmağa çalışır. Bu ilk növbədə kəndlərdə əhalinin davamlı elektrik enerjisi ilə təminatına müsbət təsir göstərəcək, regionlarda sahibkarlığın inkişafı üçün şərtlərin yaradılmasına, kənd yerlərinə investisiyaların cəlb olunmasına yardım edəcək.

Böyük və uğurlu təcrübə yaxın illərdə ölkənin regionlarında da yüksək keyfiyyətli enerji təchizatı sisteminin qurulmasını əminliklə proqnozlaşdırmağa imkan verir.

Yazı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Gülqız Muradova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31