Məsciddə namaz qılmağa gəldi, 3500 manat oğurladı
Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.
5 Oktyabr 2016 13:24 DünyaAzərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.
Report bildirir ki, hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb.
Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü, Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31