"Real" Rakitiçə iki dəfə elçi düşüb

"Real Madrid" İvan Rakitiçi iki dəfə transfer etməyə çalışıb. İspaniyanın məşhur "Mundo Deportivo" nəşri bu barədə yazıb.

"Real Madrid" İvan Rakitiçi iki dəfə transfer etməyə çalışıb. İspaniyanın məşhur "Mundo Deportivo" nəşri bu barədə yazıb.

Goal.az xəbər verir ki, Madrid klubu 2014-cü ildə həmin vaxt "Sevilla"nın şərəfini qoruyan yarımmüdafiəçini istəsə də, Rakitiç "Barselona"nı seçib. "Real" xorvatiyalı havbekə ötən yay yenidən maraq göstərib. Rəsmi təklif edilməsə də, klubun məşhur simalarından biri Rakitiçə zəng vurub. "Barcelona"nın futbolçusu bu təklifi də rədd edib.

Qeyd edək ki, bir müddət əvvəl "Real"ın Messi və Neymarla maraqlandığı barədə xəbərlər də ortaya çıxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31