Gündəm
Erməni avtoritet agentliyin ofisinə hücum çəkdi - Səbəb
"Mxitaryan israrla bizdən təkzib verməyi tələb edirdi. Düzdür, özüylə gətirdiyi OMON-çular heç nəyə müdaxilə etmirdilər. Amma bütün hallarda redaksiyaya OMON çağırılması yaxşı hal deyildi".
Reytinqli serialda səs-küy: rəhbərlik açıqlama yaydı
Kanal D-nin yeni və reytinqli serialı "Babam ve ailesi"nin çəkiliş meydançasında gərgin anlar yaşandığı barədə xəbərlər yayılıb.
Putin "Normandiya dördlüyü"nün görüşünə qatılacaq
Rusiya prezidenti Vladimir Putinoktyabrın 19-da “Normandiya dördlüyü” ölkələrinin dövlət başçılarının görüşündə iştirak edəcək.
Vidadi Zeynalovun məhkəməsinin vaxtı məlum olub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Evlilik proqramları ilə bağlı mühüm qərar verildi
Son iki ildir Türkiyədə evlilik proqramları arasında yaşanan reytinq savaşı artıq həddini aşmış və aparıcılar düşmən mövqeyinə keçmişdilər.
Mineral sulardan hansı daha çox faydalıdır?
Mineralların insan həyatının sağlam bir şəkildə davam etməsi üçün çox əhəmiyyətli funksiyası vardır. Minerallarla suyun hər hansı bir kalori dəyəri olmadığı üçün kökəldici bir təsirə də malik deyil.
Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir
Oktyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Layihə barədə məlumat verən komitə sədri İsa Həbibbəyli bildirib ki, məqsəd məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir: “Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.
Heydər Əliyev və Azərbaycan dili
Heydər Əliyev və Azərbaycan dili Həyatın özü bir dərsdir. Savadından mövqeyindən asılı olmayaraq həyat insanı tərbiyə edir, püxtələşdirir. Yaşadıqca dəyərləri öyrənirsən . Ətrafındakı insanların fəaliyyətlərini dəyərləndirirsən, nəticədə özünə ideal seçməyə başlayırsan. İdeal demişkən bu yaxınlarda məktəbin 9-cu sinif şagirdlərinə yeni inşanın mövzusunu elan etdim: “İdealım kimdir,”. Müxtəlif fikirlər ortaya çıxdı. Dahi şəxsiyyətlərin həyat və fəaliyyətləri təhlil olundu. Şagirdlərin ən çox Ümumilli Lider Heydər Əliyevin fəaliyyətlərinə olan maraqları məni də düşündürdü.
Azərbaycanın beynəlxalq imici artır
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasətində ciddi uğurlara imza atıb. Ölkəmizin inkişaf səviyyəsi xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığa imkan yaradıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bütün sahələr üzrə qarşılıqlı hörmət şəraitində əməkdaşlıq edir.
“İŞİD hələlik son ssenaridir”
İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı başlanan hərbi əməliyyatlar davam edir.
Sürücüləri hansı hallarda cəza gözləyir?
Genişmiqyaslı və müntəzəm olaraq tədbirlər həyata keçirilməsinə baxmayaraq avtoxuliqanlıq hallarının nəinki azalması, əksinə artması müşahidə edilir. Baxmayaraq ki, müvafiq dövlət qurumları bu kimi mənfi hallara qarşı mütəmadi şəkildə reydlər keçirir, kütləvi informasiya vasitələrində, televiziya və radiolarda maarifləndirmə məqsədilə materiallar efirə gedir və dərc olunur, lakin problem hələ də qalmaqdadır.
Pensiya yaşının artırılması realdırmı?
Son günlər pensiya yaşının artırılıması ilə bağlı xəbərlər yenidən gündəmin əsas mövzusuna çevrilib. Məlumata görə, hökumət pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63.5-dən 65-ə qaldırmağı nəzərdə tutur. Bu arada bir faktı da qeyd etmək yerinə düşər ki, sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərn pensiya yaşı 62-dən 63.5-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi və 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alındı.
Dərsdə İKT-dən istifadə uğurun təməlidir
Təhsil müəssisələrində İKT-dən istifadə uğurla həyata keçirilir. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər.
KTMT-nın iclası Ermənistan üçün fiaskodur
Oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanda keçirilən iclası Ermənistan üçün əsl fiasko olub.
Dərnəgül də "üzür": işçinin "kəşf"inə diqqət edin - VİDEO
Ötən gün yağan intensiv yağışdan sonra Dərnəgül şosesindəki tikinti materialları bazarını su basıb. Baku.ws bildirir ki, redaksiyamıza göndərilən görüntü bazardakı son vəziyyəti gözlər önünə gətirir.














