Putin "Normandiya dördlüyü"nün görüşünə qatılacaq

Rusiya prezidenti Vladimir Putinoktyabrın 19-da “Normandiya dördlüyü” ölkələrinin dövlət başçılarının görüşündə iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putinoktyabrın 19-da "Normandiya dördlüyü" ölkələrinin dövlət başçılarının görüşündə iştirak edəcək.

APA-nın məlumatına görə, bu barədə "İnterfax" Moskvada mənbəyə istinadən xəbər yayıb. Görüş Berlində olacaq.

Qeyd edək ki, Donbas probleminin həlli üzrə "Normandiya dördlüyü"nün son görüşü ötən il oktyabrın 2-də Parisdə keçirilib. Bu qrupa Rusiya, Almaniya, Fransa və Ukrayna daxildir.                    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31