Azərbaycanın beynəlxalq imici artır

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasətində ciddi uğurlara imza atıb. Ölkəmizin inkişaf səviyyəsi xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığa imkan yaradıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bütün sahələr üzrə qarşılıqlı hörmət şəraitində əməkdaşlıq edir.

Prezident İlham Əliyev: "Dünya birliyi bu gün bizi dəstəkləyir"
 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasətində ciddi uğurlara imza atıb. Ölkəmizin inkişaf səviyyəsi xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığa imkan yaradıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bütün sahələr üzrə qarşılıqlı hörmət şəraitində əməkdaşlıq edir. Daha dəqiq, Azərbaycanın dünyanın 150-dən artıq ölkəsi ilə iqtisadi və ticarı əməkdaşlıq etməsi onun beynəlxalq imicinin nə qədər artdığını təsdiq edir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda nitqi zamanı qeyd edib ki, Azərbaycanın beynəlxalq imici artmaqda davam edir: "Bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir". Dorudan da, Azərbaycanın hərbi qüdrəti və ortaya qoyduğu qətiyyətli mövqe beynəlxalq güclərin Qarabağ probleminin həllində ciddi addımlar atmasını zəruri edib. Həmçinin Azərbaycanın hərbi qüdrəti sübut etdi ki, heç də məğlub dovlet deyil. Aprelin 5-nə kimi çəkən müharibədə düşmənə və onun havadarlarına ciddi mesaj verildi və ordumuz tam üstünlüyü ələ aldı. Ordu və xalqın birliyi düşmən və onun havadarlarını ciddi şəkildə pat vəziyyətinə qoydu. Nəticədə Azərbaycan ordusunun qüdrəti diplomatiyanı işə saldı. Bu isə Azərbaycanın hərbi qüdrətinin göstəricisi kimi qəbul edilmlidir. Məlum olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişənin həlli üzrə ixtisaslaşmış ATƏT-in Minsk qrupu bu illərdə əhəmiyyətli şəkildə irəliləyişə nail olmaq əvəzinə status-kvonun saxlanması istiqamətində işlər aparırdı. Məhz bu səbədən Ermənistanın öz gücü ilə deyil, forpostu olduğu dövlətin gücü hesabına 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Lakin Azərbaycanın hərbi gücünün nümayişi münaqişənin dayaq nöqtəsindən tərpənməsi üçün şərait yaratdı. Yəni, beynəlxalq güclər Azərbaycanın mövqeyi ilə hesablaşmaq zorunda qaldılar. Azərbaycan Prezidenti daha sonra bildirmişdir ki, beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş vermişdir: "Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir". Qətiyyətlə demək olar ki, Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Beynəlxalq təşkilatlarda Azərbaycana olan etimad bunun göstəricisidir. Doğrudan da dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğur idi. Məhz bu uğurun nəticəsidir ki, hazırda regionda Azərbaycanın rəyi nəzərə alınmadan heç bir addım atılmır. O da sirr deyil ki, Azərbaycanın mötəbər beynəlxlaq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin siyasi çəkisini artırır. Azərbaycanda qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri), regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa), iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri, iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu, multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm məsələlərin müzakirəsinin özü dünya ölkələri üçün bir fürsəmd kimi dəyərləndirlir. Təsadüfi deyil ki, siyasi ekspertlər Azərbaycanın artıq dünyada müçahidə olunan qlobal məsələlərin müzakirə olunduğu məkana çevrildiyi qənaətindədirlər. Azərbaycanda keçirilən lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlərin müzakirəsi Azərbaycanın dünyaya açıq olması anlamına gəlir. Eyni zamanda, ölkəmizdə hökm sürən milli və dini tolerantlıq, dayanıqlı iqtisadi inkişaf və insan hüquqlarının təminatı dünya ölkələri üçün bir örnəyə çevrilir. Əks halda beynəlxalq ictimaiyyət Qlobal Açıq Cəmiyyətlər Forumunun dörd dəfə ölkəmizdə keçirilməsini tədqir etməzdi. Son illər ərzində Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət yürüdür. Bu o səbəbdən mümkün olur ki, Azərbaycanda iqtisadi müstəqillik tam şəkildə təmin edilib, Azərbaycanın heç bir ölkədən iqtisadi asılılığı yoxdur. Bu amillər, xüsusən Azərbaycanın hərbi və iqtisadi gücü, eləcə də dünyada artan nüfuzu imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətini davam etdirsin.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31