Pensiya yaşının artırılması realdırmı?

Son günlər pensiya yaşının artırılıması ilə bağlı xəbərlər yenidən gündəmin əsas mövzusuna çevrilib. Məlumata görə, hökumət pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63.5-dən 65-ə qaldırmağı nəzərdə tutur. Bu arada bir faktı da qeyd etmək yerinə düşər ki, sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərn pensiya yaşı 62-dən 63.5-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi və 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alındı.

Son günlər pensiya yaşının artırılıması ilə bağlı xəbərlər yenidən gündəmin əsas mövzusuna çevrilib. Məlumata görə, hökumət pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63.5-dən 65-ə qaldırmağı nəzərdə tutur. Bu arada bir faktı da qeyd etmək yerinə düşər ki, sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərn pensiya yaşı 62-dən 63.5-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi və 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alındı.

Məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı Rövşən Ağayev deyir ki, hökumətin düşdüyü vəziyyəti anlmaq çətin deyil. Çünki bu gün Sosial Müdafiə Fondunun təxminən 75 faizi dövlət sektoru hesabına formalaşır: "Söhbət dövlət büdcəsinin Fonda transfertlərindən, büdcə işçilərinə görə Fonda məcburi ayırmalar, qeyri-büdcə dövlət təşkilatlarının Fonda sosial sığorta ödəmələrindən gedir. Yəni, 3.3 milyard manatlıq Sosial Fondun ən yaxşı halda 25 faizi və ya 800 milyon manatı özəl sektorun hesabına formalaşır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalnin 80 faizə qədəri özəl sektorun payına düşür. Yəni, əgər bu gün 1.3 milyon pensiyaçı yalnız özəl sektorun sosial sığorta ayırmalarının öhdəsində qalsa, hər pensiyaçı ayda maksimum 50 manat pensiya ala bilərdi.

Başqa bir məqam. İnkişaf etmiş iqtisadiyyatlarda 1 pensiyaçıya orta hesabla 4 nəfər sosial sığorta ödəyici düşür. Yəni 4 nəfər işləyir, 1 pensiyaçını saxlayır. Azərbaycanda vəziyyət çox katostrofikdir: 1 pensiyaçıya təxminən 1 nəfər sosial sığorta ödəyici düşür. Bu cür maliyyə bazası ilə Pensiya Fondu uzun müddət davam gətirə biıməz. Nəzəə alaq ki, əslində bizim Sosial Fondu son illər Neft Fondu saxlayıb. Çünki dövlət büdcəsi Neft Fondundan böyük transfertlər almasa idi, Pensiya fondunun ən azı 40%-ni transfertlər hesabına formalaşdırmaq da mümkün olmzadı. İndi isə Neft Fondunun imkanları tükənir, büdcəyə transfertləri kəsir". İqtisadçı hazırda bir sıra inkişaf etmiş ölkələrdə də pensiya yaşının yüksək olduğunu bildirib: " Bəli, bu gün Avropa ölkələrində, Birləşmiş Ştatlarda, İsraildə, Yaponiyada pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada və İspaniyada hər 2 cins üçün pensiya yaşı artıq 67 yaşdır. Hərçənd ki, nisbətən aşağı yaş senzi olan ölkələr də var. Məsələn, Belçikada hər 2 cins üçün 63, Fransada 62.5-dir. Faktiki olaraq Azərbaycan hökuməti pensiya yaşını 63 və 65 yaş həddi müəyyən etməklə, bu məsələdə inkişaf etmiş standartlarını tətbiq etmiş olur. Amma demoqrafik baxımından bu yanlışdır. Əvvəla, bu ölkələrdə kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Bizdə isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır. Yəni bizim insanların orta yaşama müddəti göstəricisi inkişaf etmiş ölkələrdən ən azı 10-15% aşağıdır. Bu göstəricidiən çıxış etsək, pensiya yaşının da eyni səviyyədə aşağı olması mütləq vacibdir. Bu halda ən azından yaxın 5 ildə Azərbaycandakı hər iki cins üzrə hazırkı pensiya yaşını saxlamaq daha ədalətli olardı". Rövşən Ağayev deyib ki, pensiya yaşı qocalma ilə bağlı insanın əmək qabiliyyətinin itirmə səviyyəsinə uyğun olmalıdır: " Bunu isə hazırda dünyada bir sıra institutlar birgə tədqiqatlar əsasında müəyyən edir. Məsələn, dünyada "gerontologiya" deyilən xüsusi elm sahəsi var. Bu sahənin mütəxəssislər qoclamanın bioloji, psixoloji və sosial aspektlərini öyrənin, onun səbəbləri ilə mübarizə yollarını göstərir. Hökumətlər pensiya yaşı ilə bağlı qərar qəbul edəndə bu sahənin, demoqrafların, riyazi sığorta sahəsində mütəxəssislərin , tibbi-həkim ekspertizası mütəxəsssislərin ciddi tədqiqatlarının nəticələrindən çıxış edir. Bizim bu sahədə mütəxəssis bazamız nə yerdədi? Onların tədqiqatlarının nəticəsi nə göstərir: hazırda azərbaycanlıların əksəriyyəti üçün əmək qabiliyyətini ititmə yaşı hansı yaşdır? Bu faktı təsdiqləyən yazılı əsaslandırmalar varmı?.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31