Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir

Oktyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Layihə barədə məlumat verən komitə sədri İsa Həbibbəyli bildirib ki, məqsəd məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir: “Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.

Özəl bağçalarda ödənişin məbləği 500 manat təklig olunur 

Oktyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasda "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi aparılıb. Layihə barədə məlumat verən komitə sədri İsa Həbibbəyli bildirib ki, məqsəd məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir: "Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər hazırlıq təhsili 5 yaşlı uşaqlar üçün zəruri hesab olunur, icbari təhsil qaydasında həyata keçirilir". İ. Həbibbəyli qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib: "Bu gün bir çox idarə və müəssisələrin tərkibində məktəbəqədər təhsil müəssisələri var. Düzdür, onların bir çoxu məkətəhazırlıq qrupları yaratmağa hazır deyil. Lakin bağça funksiaysını yerinə yetirə bilirlər. Layihədə müvafiq icra hakimiyyəti orqanının nəzdində məkətəbəqədər təhsil assosasiyasının yaradılmasını nəzərdə tutan müddəa da öz əksini tapıb. Düzdür, bu ictimai əsaslarla fəaliyyətlərlə işləyən bir qurum olacaq. Bu da işimizə bir çox fayda verə bilər. Çünki bu qurumun əsas fəaliyyət prinsipi öncül prkatikalar öyrənilərək digər təhsil ocaqlarına yayılması çalışacaq". Məkətəbəqədər təhsil müəssisələrinin müdirlərinin mütləq ali təhsilli olmasına diqqət çəkən İ. Həbibbəyli vurğulayıb ki, belə bağçaların idarəçiliyi ali təhsilli və 5 illik təcrübəsi olan şəxs tərəfindən olmalıdır: "Ölkədə bu gün ali təhsil səviyyəsi çox inkişaf edib. Biz ali təhsilli şəxsləri bir kənara qoyub, bağçalara ikinci gözlə baxıb texnikum bitirənləri idarəetmənin başına keçirə bilmərik". Komitə sədri bildirib ki, özəlləşmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir: "Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda aydın olur ki, rayonların bəzilərində maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik". İ.Həbibəyli əlavə edib ki, özəlləşdirilən bağçaların başqa məqsədlər üçün istifadə edilməsi yolverilmzdir: "Buz bunun qəti əleyhinəyik. Biz uşaq baçalarının özəlləşdirilməsinin əleyhinə deyil, ancaq özəlləşdirilən başğçaların başqa məqsədlər üçün istifadə edilməsinin əleyhinəyik. Çünki bu gün biz özəlləşdirlən uşaq bağçalarının profilinə uyğun olmayan məqsədlər üçün istifadəsinin şahidi oluruq. Əgər bu gün hansısa uşaq bağçasının fəaliyyətində problem varsa və hər hansı iş adamı onu özəlləşdirib sonra da məkətbəqədər təhsil müəssəsi kimi istifadə edəcəksə, o zaman bu məsələdə problem olmayacaq. Qanunvericilikdə də özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması haqqında müddəalar öz əksini tapıb və hesab edirik ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl sektor məktəbəqədər təhsildə öz rolunu oynamış olsun. Ancaq biz uşaq bağçalarının başqa məqsədlər üçün isitfiadəsini qarşıyıq". Onun sözlərinə görə, Azərbaycanda fəailiyyət göstərən hər bir özəl bağçada fərqli qiymət olur. "Hətta Bakı şəhərində eyni imkanlara malik bağçalarda fərqli qiymətlər var. Bu gün bəzi bağçalarda bir uşaq üçün ödəniş haqqı 300, digərində isə 500 manat təşkil edir. Elə bağça da var ki, orada qiymətlər bir az da artıqdır. Bütün bunları nəzərə alaraq, burada orta qiymət meyarı tapmaq lazımdır"- deyə, komitə sədri vurğulayıb. İ.Həbibbəyli əlavə edib ki, hələlik konkret model tapa bilməmişəm. Ancaq misal olaraq, təklif olaraq orta qiymətin 500 manatdan yuxarı olmamasını deyə bilərəm: Təbii ki, bunu da həmin bağçanın imkan və şəraitlərinə görə tənzimləyə bilərik". Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev isə qeyd edib ki, ali təhsil ocaqları da orta və məktəbəqədər təhsil müəssisləridir. Onun sözlərinə görə, ali təhsil ocaqlarında orta və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərməsi elmin inkişafına təkan verə bilər və öncül prkatikaların tətəbiqınə yeni imkanlar açar: "Dünyada belə praktikalar çoxdur və bu prkatika öz müsbət səmərəsini verir. Belə bir praktikanın Azərbaycanda da tətbiqi lazımdır. Ən azından biz qanunda bununla bağlı müddəa salmalıyıq. Bu gün də olmasa, gələcəkdə belə bir praktika tətbiq ediləndə qanunvericilik baxımından problem yaranmasın". Qanun layihəsi müzakirələrin yekununda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31