Gündəm
Bakıda ATS-i su basdı - Sakinlər telefonsuz qaldılar
Bakı şəhərində iki gündür davam edən aramsız yağışlar Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağında problemlər yaradıb.
Türkiyədə həbslər davam edir
Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə 61 polis əməkdaşı həbs edilib.
Dağıntılar altından sağ çıxarılan uşaq hər kəsi təəccübləndirdi
Suriyanın Hələb şəhərinə hava hücumu zamanı yarısı uçan bir binanın dağıntıları altında sıxışıb qalan azyaşlı sağ çıxarılıb.
Bakıya gələn qatar QƏZAya düşdü: 4 vaqon aşdı - YENİLƏNİB
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti hadisənin baş verməsini təsdiqləyib. Qurumun mətbuat xidmətindən publika.az-a bildirilib ki, qəzanın baş verməsinə səbəb hava şəraiti ilə bağlıdır: "Qəza nəticəsində 4 vaqon relsdən çıxıb və hərəkətin bərpası üçün müvafiq addımlar atılır". Qeyd edək ki, qəzaya səbəb kimi vaqonların nasaz vəziyyətdə olması və dövri qulluğun göstərilməməsi deyilir.
Canlı yayımda BİABIRÇILIQ - Aktrisanın sinəsini öpdü - VİDEO
Fransada dünyanın ən uzun ömürlü televiziya proqramı - "TPMP, 35"də maraqlı anlar yaşanıb.
Ərdoğan: “Növbəti hədəf Əl-Babdır”
Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun növbəti hədəfi İŞİD terror təşkilatının Suriyada ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhəridir.
Oğurluq edən 6 nəfərin əli kəsildi
Meksikanın Tlakepake şəhərində oğurluq etməkdə şübhəli bilinən 6 nəfərin əli kəsilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəməsiz cəzlanadırmanı özlərini “Siçanlar əleyhinə” qruplaşmanın üzvü adlandıran naməlum şəxslər həyata keçirib.
Azərbaycanda alternativ enerji ilə bağlı plan açıqlandı
“Yaxın gələcəkdə Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri üzrə özəl sektorun inkişafı tam təmin ediləcək”.
Jurnalistlərlə bağlı 2 qanun dəyişdirilir
Milli Məclisin Mədəniyyət komitəsinin oktyabrın 18-də keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlara əlavə və dəyişikliklər layihələri müzakirəyə çıxarılıb. “Olaylar”-ın xəbərinə görə, hər iki qanuna dini ekstremizmə qarşı əməliyyatların aparılması zonasında mətbuatın fəaliyyətinin əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi barədə müddəaların əlavə edilməsi məsələsinə baxılıb. Komitə layihələri Milli Məclisin plenar iclasına tövsiyə edib.
Vitse-spiker: “Kimisə kömür istifadə etdiyinə görə qınaq olmaz”
“Azərbaycan parlamentinin oktyabrın 28-də keçiriləcək plenar iclasında Paris Anlaşması ratifikasiya olunacaq və qüvvəyə minəcək”. Bunu Bakıda işə başlayan "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumunda çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.Valeh Ələsgərovun sözlərinə görə, hazırda Asiya-Sakit okean regionunda olan ölkələrin enerji əldə etməsinə görə əsas xammalı kömürdür: "Məncə, kimisə kömürü istifadə etdiyinə görə qınamaq olmaz. Çünki ABŞ və Avropa ölkələri də ötən əsrlərdə kömürdən istifadə edib". Qeyd edək ki, ötən ilin 30 noyabr-12 dekabr tarixlərində Parisdə iqlim dəyişikliklərinin qarşısının alınması ilə bağlı qlobal forum keçirilib. Bu ilin aprelin 22-də isə 171 ölkə Nyu-Yorkda Paris Anlaşmasını imzalayıb. Artıq 81 ölkə həmin anlaşmanı ratifikasiya edib.
Türk hava yolları üç şəhərə uçuşları dayandırdı
Türk Hava Yolları Mosul əməliyatı ilə əlaqədar vəziyyətin ağır olduğu İraqın bir neçə şəhərinə səfərlərini müvəqqəti olaraq dayandırdığını bildirib. Şirkətin verdiyi açıqlamada bu gündən etibarən Suleymaniyyə, Nəcəf və Bəsrə şəhərlərinə müvəqqəti olaraq uçuşlar dayandırılıb. Bağdad və Ərbil şəhərlərinə isə uçuşların davam edəcəyi bildilib. Açıqlama THY nın mətbuat müşaviri Yəhya Üstün tərəfindən verilib. Xəbəri “Olaylar” ın Türkiyə bürosu yayıb.
Gömrükdən psixotrop maddə keçirmək istədi
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama nəticəsində vətəndaşın əl çantasında 46 həb metadon, daxili orqanında (düz bağırsağında) isə iki ədəd bükümdə, xalis çəkisi 4,967 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 46 həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,92 qram təşkil edir. Metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.
Avstraliyada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avstraliyada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar keçirilən təntənəli mərasimdə iştirak edib. Millət vəkili Azərbaycanın müstəqilliyindən, bugünkü dünya üçün çox aktual olan tolerantlığından, multikultural ənənələrindən bəhs edib.
Bakı Nəqliyyat Agentliyi avtobuslara dair tələblər müəyyən edib
Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Bu barədə “OLAYLAR”-a məlumat verən qurumun ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, sözügedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir: “Bakı Nəqliyyat Agentliyinin daşıyıcı sirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri də avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır.
Zakir Həsənov Çexiyaya gedib
"Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyaya səfər edib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər bu ölkənin müdafiə naziri cənab Martin Stropnitskinin dəvəti ilə baş tutub. Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək. Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.














