Oğurluq edən 6 nəfərin əli kəsildi

Meksikanın Tlakepake şəhərində oğurluq etməkdə şübhəli bilinən 6 nəfərin əli kəsilib.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəməsiz cəzlanadırmanı özlərini “Siçanlar əleyhinə” qruplaşmanın üzvü adlandıran naməlum şəxslər həyata keçirib.

Meksikanın Tlakepake şəhərində oğurluq etməkdə şübhəli bilinən 6 nəfərin əli kəsilib. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəməsiz cəzlanadırmanı özlərini "Siçanlar əleyhinə" qruplaşmanın üzvü adlandıran naməlum şəxslər həyata keçirib.

Onların yaydığı məktubda qeüyd edilir ki, cəzalandırılan şəxslər avtomobil, motosiklet qaçırıblar, qadınların və uşaqların əşyalarını oğurlayıblar.

Zərərçəkənləri polis aşkarlayıb. Onların 5-i kişi, biri qadın olub. Əli kəsiləndən biri ölüb.

Onlar küçədə uzanmış vəziyyətdə olublar, kəsilən əlləri isə yanlarındakı çantaya qoyulub. 

Əlləri kəsilənlərin qalanları sağ qalsalar da, şok vəziyyətindədirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31