Gündəm

Baş prokurordan Rza Zərrabla bağlı açıqlama

18 Oktyabr 2016 13:33

ABŞ-lı baş prokuror Prit Bharara orada həbsdə olan türk iş adamı Rza Zərrabla bağlı paylaşım edib.

Türkiyədə terror xəbərdarlığı: İŞİD otelləri hədəfə alıb

18 Oktyabr 2016 13:32

Türkiyə Milli Kəşfiyyat Təşkilatı İŞİD terror təşkilatı tərəfindən ölkənin bütün vilayətlərində terror aktlarının mümkün təşkili barədə xəbərdarlıq edib.

Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

18 Oktyabr 2016 13:31

Kimliyi indiyə qədər erməni ictimaiyyəti tərəfindən bilinməyən "L.Galadjian" adlı sosial şəbəkə istifadəçisi eks-müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzannanın arzusunun ürəyində qalması, onun "birinci ledi" xəyalının puç olması və bunun Serj Sərkisyanın həyat yoldaşı Rita ilə bağlılığının gizlinlərini açıb.

Binəli Yıldırım: “Hərbi Hava Qüvvələrimiz Mosul əməliyyatında iştirak edir”

18 Oktyabr 2016 13:28

Türkiyə Hərbi HavaQüvvələri koalisiya qüvvələri ilə birlikdə Mosulda İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib.

"Prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur”

18 Oktyabr 2016 13:21

"Bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevRusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib. 

Cümşüd Nuriyev: “Nüvə müharibəsinin olması ehtimalı çox aşağıdır”- AÇIQLAMA

18 Oktyabr 2016 13:18

“Ümumiyyətlə Nüvə müharibəsinin olması ehtimalı çox aşağıdır. Çünki bu dünyanın sonu olacaq”. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

Partiya sədri: “Müxalifət ictimai dəstəkdən məhrum olub”- AÇIQLAMA

18 Oktyabr 2016 13:17

“Ümumiyyətlə bu gün Azərbaycan müxalifətinin bədbəxtçiliyi ondadır ki, onlar normal fəaliyyət qura bilmirlər və mənsub olduqları partiyalarda islahat keçirə bilmirlər”. Bunu SİA-ya “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib.

"Türkiyə Mosul əməliyyatında iştirak edəcək"  RƏY

18 Oktyabr 2016 13:16

“Türkiyə əvvəldən İŞİD terror qruplaşmasına qarşı yaradılan koalisiya gücləri arasında olub və hər cür dəstəy verib. “Firat qalxanı” əməliyyatı da bunun ən bariz və açıq nümunəsidir”.

Çavuşoğlu Azərbaycanın müstəqillik günü ilə bağlı təbrik mesajı yayıb

18 Oktyabr 2016 13:15

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Az'rbaycanın müstəqillik günü ilə bağlı təbrik mesajı yayıb. 

"Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir"

18 Oktyabr 2016 13:06

“Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev“Sputnik” agentliyinə müsahibəsində deyib.

Ekoloji qanunvericiliyin tələblərini pozanlar cəzalandırılıb

18 Oktyabr 2016 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 oktyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 131 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli “məcburi göstəriş” verilib.

"İndiki şəraitdə neft 70 dollaradək bahalaşa bilər"

18 Oktyabr 2016 13:04

"Bu gün həm neft hasilatçıları, həm istehlakçılar qiymətin stabilləşməsinə nail olmaq istəyir. Çünki ucuz neft istehlakçılara da zərbə vurub. Əlbəttə bu gün neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadiyyatı mövcud durumdan daha çox əziyyət çəkir". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev"Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.

Coğrafiya İnstitutu: Dayanmadan yağışların yağması Azərbaycan üçün qeyri-adi haldır

18 Oktyabr 2016 13:02

Azərbaycanda oktyabr ayında dayanmadan bir neçə gün ərzində yağışların yağması ölkə üçün qeyri-adi haldır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, belə yağıntıların yağma ehtimalı 10-12 ildən bir ola bilər. Onun sözlərinə görə, fasilələrlə bu miqdarda yağıntı düşə bilər. M.Qasımov vurğulayıb ki, bu günlər ərzində ölkə ərazisinə artıq aylıq normanın xeyli hissəsi yağıb:  “Azərbaycan üçün oktyabr ayında yağıntının çoxillik norması 33-35 mm-dir. Ancaq onun 50%-i artıq 4-5 gün ərzində yağıb. Əvvəlki illərdə 5 gün ərzində Bakıda dayanmadan yağışın olması ilə bağlı hər hansı bir qeydiyyat yoxdur. Demək olar ki, bu, çox az-az, nadir hallarda müşahidə olunan haldır”.

“Rusiya silahının ən ciddi alıcılarından biriyik”

18 Oktyabr 2016 13:00

 “Biz Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus və digər dövlətlərdən silah alırıq. Həmçinin Pakistandan silah almaq niyyətindəyik. Pakistanın hərbi sənayesi kifayət qədər inkişaf edib və bu bizə çox yaxın dost dövlətdir”.

AMEA: Azərbaycanın inzibati ərazi bölgüsü dəyişdirilməlidir

18 Oktyabr 2016 12:59

Bu gün AMEA-da “Azərbaycan iqtisadiyyatı - 25: Keçilmiş yola və gələcəyə baxış” mövzusunda elmi konfrans keçirilib.