Zakir Həsənov Çexiyaya gedib

"Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyaya səfər edib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər bu ölkənin müdafiə naziri cənab Martin Stropnitskinin dəvəti ilə baş tutub. Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək. Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.

"Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyaya səfər edib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər bu ölkənin müdafiə naziri cənab Martin Stropnitskinin dəvəti ilə baş tutub. Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək. Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31