Bakıya gələn qatar QƏZAya düşdü: 4 vaqon aşdı - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti hadisənin baş verməsini təsdiqləyib. Qurumun mətbuat xidmətindən publika.az-a bildirilib ki, qəzanın baş verməsinə səbəb hava şəraiti ilə bağlıdır: "Qəza nəticəsində 4 vaqon relsdən çıxıb və hərəkətin bərpası üçün müvafiq addımlar atılır". Qeyd edək ki, qəzaya səbəb kimi vaqonların nasaz vəziyyətdə olması və dövri qulluğun göstərilməməsi deyilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti hadisənin baş verməsini təsdiqləyib. Qurumun mətbuat xidmətindən publika.az-a bildirilib ki, qəzanın baş verməsinə səbəb hava şəraiti ilə bağlıdır: "Qəza nəticəsində 4 vaqon relsdən çıxıb və hərəkətin bərpası üçün müvafiq addımlar atılır".
Qeyd edək ki, qəzaya səbəb kimi vaqonların nasaz vəziyyətdə olması və dövri qulluğun göstərilməməsi deyilir.

***

Bu gün Tiflisdən Bakıya hərəkət edən sərnişin qatarının 4 vaqonu relsdən çıxaraq aşıb.

Publika.az bildirir ki, qəza bu gün səhər 10:30 radələrində baş verib.
Hadisə nəticəsində həmin istiqamətdə bütün hərəkət dayanıb, dəmiryol xəttində isə ciddi problem yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31