Bakıda ATS-i su basdı - Sakinlər telefonsuz qaldılar

Bakı şəhərində iki gündür davam edən aramsız yağışlar Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağında problemlər yaradıb.

Bakı şəhərində iki gündür davam edən aramsız yağışlar Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağında problemlər yaradıb.

Milli.Az bildirir ki, Yasamal Telefon Qovşağı EATS 401-dən azvision.az-a verilən məlumata görə, dünən axşam saatlarında telefon qovşağının binasını su basıb. 

Kabellər zədələndiyi üçün qovşağın əhatə etdiyi nömrələrin işləməsində problem yaranıb.

ATS-dən bildirilib ki, hazırda ərazidə iş gedir və günorta saatlarından sonra bütün nömrələr işlək vəziyyətdə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31