Mineral sulardan hansı daha çox faydalıdır?
Mineralların insan həyatının sağlam bir şəkildə davam etməsi üçün çox əhəmiyyətli funksiyası vardır. Minerallarla suyun hər hansı bir kalori dəyəri olmadığı üçün kökəldici bir təsirə də malik deyil.
18 Oktyabr 2016 14:23 SosialMarketlərdə mineral su adı ilə satılan suların orqanizmə xeyirdən çox ziyanı var
Mineralların insan həyatının sağlam bir şəkildə davam etməsi üçün çox əhəmiyyətli funksiyası vardır. Minerallarla suyun hər hansı bir kalori dəyəri olmadığı üçün kökəldici bir təsirə də malik deyil. İnsan nə qədər mineral qəbul etsə də, onun orqanizmə heç bir zərəri olmaz. Əksinə orqanizmə qəbul edilən minerallar insan həyatına müsbət təsir göstərərbir. Bu mənada mineral suların da böyük əhəmiyyəti vardır. Məsələn, mineral su qəbul etmək ürək narahatlıqlarının qarşısını alar, infarkt riskini azalda bilər. Ayrıca mineral sular tərkibində saxladığı kalsium mineralı ilə gündəlik kalsium ehtiyacının qarşılanmasında rol oynayar. Həmçinin insanlar bir qayda olaraq sümük inkişafı və ya dişlərin daha sağlam bir şəkildə olması üçün kalsium mineralına ehtiyac duyurlar. Mineral su içmək də bu ehtiyacı aradan qaldırmanın ən asan yollarından biridir. Bunlara əlavə olaraq, böyrək daşı meydana gəlməsini və ya bəzi təzyiq narahatlıqlarına da mineralların müsbət təsirləri var. Ümumiyytlə, insanlar yaşadıqları müddət ərzində minerallara ehtiyac duyarlar. Lakin bəzi mərhələlərdə bu ehtiyac yüksək səviyyələrə çıxar. Xüsusilə böyümə çağında uşaqların bu minerallara çox ehtiyacları var. Hər gün nizamlı olaraq mineral ehtiyacının qarşılanması lazımdır. Bunu isə mineral su vasitəsilə asanlıqla təmin etmək mümkündür. Yay aylarında daha çox tərləmə olduğundan orqanizmdə mineral itkisi yaşana bilər. Buna görə də həkimlər bu fəsildə daha çox mineral su qəbul etməyi məsləhət görürlər. Ancaq bir çox hallarda mineral sular heç də yuxarıda qeyd edildiyi kimi insan orqanizmi üçün müsbət faydalar vermir. Bu da mineral suların tərkibi ilə bağlı olan məsələdir. Belə ki, istehsalçı müəssisələrin mineral sular istehsalı zamanı ona müxtəlif qatqılar əlavə etməsi nəticə etibarilə həmin suyun orqanizmə xeyrindən daha çox ziyanına səbəb olur. Elə bu səbəbdən də həkimlər mineral su qəbul edərkən bir qədər diqqətli olmağı məsləhət görürlər.
Həkim Füzuli Hüseynov da deyir ki, mineralların insan həyatı üçün çox əhəmiyyətli təsirləri vardır, və bu mineralların nizamlı olaraq bədənə alınması lazımdır. Bunun ən asan yollarından biri də minerallarla su içməkdir. Füzuli Hüseynov qeyd edir ki, bu zaman mütləq diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, marketlərimizdə satılan tərkibində sadəcə soda olan sular istehlakçıya mineral su adı altında sıranır: "Mineral suyun tərkibində onlarla elementlər, üzvi birləşmələr olur ki, hansı ki bizim bədənimizin həmin minerallara həmişə ehtiyacı vardır. Bu gün təbii mineral
sular qazlaşdırılmış vəziyyətdə satılır. Bəli, bu belə olmalıdır əks təqdirdə su tez xarab olar. Amma mineral suyu içəndə ən azından 5-10 saat öncədən qapağı açılmalıdır ki, qazı azalsın. Əgər belə edilsə onun orqanizmə daha çox faydası olar". Füzuli Hüseynov deyir ki, bu gün bəzi insanların yanlış bir düşüncəsi vardır: "Guya təbii mineral sular böyrək və öd daşlarını çoxaldır. İddia edilir ki, böyrək daşından əziyyət çəkənlər mineral su içməsinlər. Tamamən səhv bir fikirdir. Əksinə öd və böyrək daşından əziyyət çəkənlər daha çox mineral sular içməlidirlər. Bir qayda olaraq mineral sular daşları əridir və yeni daşların əmələ gəlməsinin qarşısını alır. Mineral suların tərkibindəki kalsium sümük toxuması üçün əvəzsiz qidadır. O insanlar ki, infarkt olarlar, həmin insanların toxumalarında maqnezium və kalium elementləri azlıq edər. Maqnezium çatışmazlığı həm də əzələ qıcolmalarına, iflicə səbəb olar. Mineral sularda ən çox olan minerallar kalium və maqneziumdur". Füzuli Hüseynovun sözlərinə görə, bir şeyə də diqqət etmək lazımdır ki, adi qazlı su ilə təbii mineral sularda eyni deyil: "Belə ki adi qazlı sular bədənimizin mühitini turşlaşdırır. Amma mineral sular isə əksinə qələviləşdirir. Ümumiyyətlə, bütün çarəsi tapılmayan xəstəliklər turş mühitdə əmələ gəlirlər. Bəzi insanlar ümumiyyətlə süd məhsullarını istifadə edə bilmirlər. Bəs onda belə insanlar kalsiuma olan tələbatı necə ödəməlidir? Ən alternativ variant qələvi mədən sularıdır. Kalsium çatışmazlığı həm də sinir oyanmalırına səbəb olur. Bunlardan başqa yod, flor, mis, sink, bikarbonatlar və sairələr bədənimizin təməl daşlarıdırlar. Hələ bu azmış kimi dırnaqarası işbazlar meyvə suyu ilə mineral suyu qarışdırmış soda əlavə edir və guya meyvəli mineral sular hazırlayırlar. Bütün bunlar faydasız, sadəcə cibəgirməkdir. İnsanlar çalışmalıdır ki, təbii nə varsa onlardan fayda almağa çalışın. Bu gün Azərbaycanda çoxlu mineral sular vardır, hal-hazırda Vayxır mineral suyu və Qalaaltı mineral suyunda minerallar yetərincədir və olduqca faydalıdırlar".
Süleyman