Gündəm
Türkiyədə ticarət mərkəzlərini partlatmaq istəyən terrorçular tutuldular
Mersində böyük insan qırğınının qarşısı alınıb.
İdman yarışlarının manipuliyası cinayət məsuliyyəti yaradacaq
Azərbaycanda idman yarışlarında manipuliyaya, ona qarşı təbliğat və yarışlar zamanı yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar və yeni cəzalar tətbiq olunacaq.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb
İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
Türk Dənizçilərindən müthiş xilasetmə əməliyyatı
Ötən gün Ukraynaya gedən Panama bayraqlı "M/V FOM" yük gəmisi texniki nasazlıq səbəbi ilə dənizdə hərəkətsiz qalıb . Həyəcan siqnalına Türk Hərbi Dəniz Donanamsı cavab verib. Olay yerinə Yıldırım freqatı göndərilib. Güclü fırtına olduğu halda gəmidən AB-212 helikopteri uçub və mahir pilotlar sıradan çıxan gəminin heyətini ağır hava şəraitinə baxmayaraq xilas ediblər. Xilas edilən dənizçilər Qaradənizin sahilindəki Ereğli limanına gətiriblər. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Səfirimiz etimadnaməsini Malta prezidentinə təqdim edib
Azərbaycan Respublikasının iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Malta Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib.
Şəhriyarın 110 illik yubiley mərasimi keçirilib
Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubiley mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. O, çıxışında belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərdə iştirakından məmnunluğunu qeyd edib.
Hakim partiyanın gəncləri Almaniyaya səfər ediblər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri Konrad Adenauer Fondunun Cənubi Qafqaz ölkələrindən olan gənc siyasətçilər üçün təşkil etdiyi təlim proqramı çərçivəsində Almaniyada səfərdə olublar.
Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşüb
Ölkə Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Oktyabrın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara, Lerik, və Yardımlı rayonlarından vətəndaşları qəbul edib. Naszirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.
Azərbaycan təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində qısamüddətli Türkiyədə olan Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili, qurumun İdarə Heyətinin üzvləri, eləcə də Azərbaycan Mədəniyyət və İnkişaf Fondunun rəhbəri Şamil Tağıyev Türkiyədə yeni təsis olunan Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyini ziyarət edib, onun sədri Aynur Məmmədova ilə görüşüblər. Bu barədə “OLAYLAR”-a məlumat verən Aynur Məmmədova deyib ki, görüşdə təhbərlik etdiyi təşkilat barədə qonaqlara məlumat verilib, gələcəkdə birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanlı gənclər Türkiyədə belə bir təşkilatın yaradılmasını təqdir edib və Aynur Məmmədovaya uğurlar arzulayılblar.
Dini Komitə Bərdədə tədbir keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu Heydər Əliyev Mərkəzində “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib.
BANM tələbəsi ikinci dəfə Böyük Britanıya universitetinin mükafatını alıb
Bakı Ali Neft Məktəbinin ''Kimya mühəndisliyi'' ixtisası üzrə təhsil alan V kurs tələbəsi Rafael Səmədov 2015/2016-cı akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və 100 funt sterlinq məbləğində pul mükafatına layiq görülüb.
Axtarışda olan şəxs yaxalanıb
Azərbaycanda oğurluq və soyğunçuluqda təqsirləndirilərək axtarışa verilən şəxs yaxalanıb. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Ayhan Səfərov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun Ağcabədi rayon sakini Elgün Hüseynovla birgə oktyabrın 15-də Elşən Hüseynova məxsus “VAZ-2104” markalı avtomobili qaçırması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə E.Hüseynov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da Novxanı qəsəbə sakini Vüsal Abbasova məxsus evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.
Politoloq: “KTMT sistemli böhran yaşayır”
“Rusiyadan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) digər üzvləri bu quruma öz milli təhlükəsizliklərini təmin etmək üçün xərcləri minimuma endirmək məqsədilə daxil olublar”. SİA-nın məlumatına görə, bunu hərbi ekspert Aleksandr Perenceyev deyib.
Qız ona cərimə yazan polisin qarşısında rəqs etdi - VİDEO
Rusiyanın Vladivostok şəhərində qəribə hadisə baş verib. Sürət həddini keçdiyi üçün polis avtomobili saxlayıb.
Qırğızıstanda hökümət istefaya gedir
Qırğızıstanın sosial-demokratlar partiyasının fraksiyasının koalisiyadan çıxması ilə hökumət istefaya getməyə hazırlaşır.














