Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşüb
Ölkə Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Oktyabrın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara, Lerik, və Yardımlı rayonlarından vətəndaşları qəbul edib. Naszirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.
24 Oktyabr 2016 14:32 SosialÖlkə Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Oktyabrın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara, Lerik, və Yardımlı rayonlarından vətəndaşları qəbul edib. Naszirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.