Şəhriyarın 110 illik yubiley mərasimi keçirilib

Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubiley mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. O, çıxışında belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərdə iştirakından məmnunluğunu qeyd edib.

Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubiley mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. O, çıxışında belə ədəbi-məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərdə iştirakından məmnunluğunu qeyd edib. AYB-nin Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan çıxış edərək Şəhriyar şeirindəki millilik, özünəməxsusluq elementlərinin onun bütün xalqımıza sevdirən cəhətləri kimi vurğulayıb. Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Şəhriyarı sevərək xatırlayan hər bir azərbaycanlıya minnətdar olduğunu bildirib. Tədbir Təbriz Qaradağ Aşıqlar Birliyinin sədri Böyükbəy Ələkbəroğlu öz çıxışı ilə, Təbrizli aşıqlar Aşıq Abbas Məhəmmədi, Aşıq Həsən Babayi isə Şəhriyar sözünün sehrini əsrarəngiz saz havaları ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31