BANM tələbəsi ikinci dəfə Böyük Britanıya universitetinin mükafatını alıb

Bakı Ali Neft Məktəbinin ''Kimya mühəndisliyi'' ixtisası üzrə təhsil alan V kurs tələbəsi Rafael Səmədov 2015/2016-cı akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və 100 funt sterlinq məbləğində pul mükafatına layiq görülüb.

Bakı Ali Neft Məktəbinin chr("39")chr("39")Kimya mühəndisliyichr("39")chr("39") ixtisası üzrə təhsil alan V kurs tələbəsi Rafael Səmədov 2015/2016-cı akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və 100 funt sterlinq məbləğində pul mükafatına layiq görülüb. "OLAYLAR"-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Rafael Səmədovu təbrik edərək ona Ali Məktəbin adını hər zaman ucaltmağı tövsiyə edib. Qeyd edək ki, Rafael Səmədov BANM-nin yeganə tələbəsidir ki, akademik göstəricilərinə görə ixtisası və kursu üzrə ən yaxşı tələbə olaraq artıq ikinci dəfə Heriot-Vatt Universitetinin təqaüdünə layiq görülür. O, həmçinin elmi konfranslardakı çıxışları ilə fərqlənən tələbələrdəndir. Rafael Səmədovun apardığı elmi araşdırmalar əsasən bərpa olunan enerji sahəsinə aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31