Gündəm

"Nardaran işi"ndə şahidlərin məhkəməyə məcburi gətirilməsinə qərar verilib

24 Oktyabr 2016 15:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə bu gün günortadan sonraya təyin olunan məhkəmə prosesi baş tutmayıb.

Şarcadan Bakıya loukoster reysləri açılır

24 Oktyabr 2016 15:26

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Bakıya birbaşa aviareys açılır. "Air Arabia" aşağı büdcəli aviaşirkəti gələn il martın 23-dən həftədə 4 dəfə Şarca beynəlxalq hava limanından Bakıya və əks istiqamətə uçuşlar həyata keçirəcək.

Şəhidlər Xiyabanında "Hər ay bir gün” aksiyası

24 Oktyabr 2016 15:25

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakı şəhərində “Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçiriblər.

Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılacaq

24 Oktyabr 2016 15:20

Azərbaycanda idmançıların dopinqdən istifadə edilməsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır. Bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin oktyabrın 24-də keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Azərbaycanda ana və uşaq ölümü xeyli azalıb

24 Oktyabr 2016 15:17

Son illər Azərbaycanda istər ana, istərsə də uşaq ölümü göstəriciləri təsirli dərəcədə azalıb.

"Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını dərk etmirəm"

24 Oktyabr 2016 15:12

Milli Məclisin deputatı Aqil Abbas şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının asılması təklifini irəli sürüb.

Qızların necə oğlanlardan xoşu gəlir?

24 Oktyabr 2016 15:08

ATV.az  Türkiyə  saytlarına istinadən bürclər haqda olan bu maraqlı məlumatı  sizə təqdim edir:  

Politoloq: “AXCP dövlətçiliyimizi hədəfə alıb” AÇIQLAMA!

24 Oktyabr 2016 15:01

"“Azadlıq" qəzeti sırf Əli Kərimlinin marağına xidmət göstərən bir sektadır. Bu qəzet heç vaxt obyektiv fikir dərc etmir. Qəzetin tirajladığı bütün materiallar kompromat fikirlər‚ şər-bohtan xarakterli‚ dövlətçiliyimizi hədəf alan xəbərlər olur. Azadlıq qəzetinin bütün amalı və hədəfi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq‚ ölkəyə mənfi imic qazandırmaq və Əli Kərimlinin‚ AXCP-nin maraqlarının təmin olunmasına çalışmaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.

Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək

24 Oktyabr 2016 15:00

Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Hazırda 9-cu sinifdə təhsil alanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır. Bu və ya digər amilləri nəzərə alaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9‑cu sinif) səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

Avtomobilin yürüşünə müdaxilə edənlər məsuliyyətə cəlb olunur?

24 Oktyabr 2016 14:56

İkinci-əl avtomobillərin alqı-satqısı zaman avtomobili daha tez və yüksək qiymətə satmaq naminə işbazlar bəzi hiylələrə əl atırlar. Belə ki, avtomobilin yürüşünü azaldaraq müştərini aldatmağa çalışırlar. Bəs bunu edənlər hansısa məsuliyyətə cəlb olunurmu?

İzdivac verilişlərinin reytinq oyunu

24 Oktyabr 2016 14:54

Türkiyənin tanınmış müğənnisi Bayhan evlilik verilişinin fenomen namizədi Hanifeyə elçi düşüb. Onun hicablı namizədə elçi düşməsi çoxlarını təəccübləndirib. Bununla bağlı yeni iddialar səsləndirilib. Milli.Az Türkiyə mətbuat

Hindistanda 21 terrorçu öldürüldü

24 Oktyabr 2016 14:52

Hindistanda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 21 solyönümlü maoçu-silahlı zərərsizləşdirilib.

Prokuror İŞİD-ə qoşulanlara 83 il cəza istədi

24 Oktyabr 2016 14:50

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Nazir müavini vəzifəsindən istefa verdi

24 Oktyabr 2016 14:49

Rusiya idman nazirinin müavini Yuri Naqornıx ölkə hökuməti başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

"Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı istiqamətində daha çox irəliləyiş görmək istəyirik"

24 Oktyabr 2016 14:48

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanımKolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.