Hindistanda 21 terrorçu öldürüldü

Hindistanda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 21 solyönümlü maoçu-silahlı zərərsizləşdirilib.

Hindistanda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 21 solyönümlü maoçu-silahlı zərərsizləşdirilib.

Olaylar.az report-a istinadən bildirir ki, hadisə ölkənin Andxra-Pradeş və Oriss ştatlarının sərhədlərində oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, polis Oriss ştatının Malkanqiri şəhərindən 10 km aralıda, cəngəllikdə yerləşən düşərgədə əməliyyat keçirib. Həmin düşərgədə 50-60 silahlının olduğu bildirilir. 

Qeyd edək ki, Hindistanda naksalitlər adlandırılan maoçu-silahlılar ölkənin Bixar, Çxattisqarx, Carkxand, Oriss və başqa ştatlarında fəaldırlar. Onlar hakimiyyətə qarşı partizan müharibəsi aparırlar.
Naksalitləri qeyri-rəsmi olaraq silahlı kommunistlər də adlandırırlar. 2010-cu ildən onlar 2212 terror aksiyası törədib və hadisələr nəticəsində 1003 nəfər həyatını itirib. Maoların siyasi ideoloqu Çinin keçmiş başçısı Mao Tszedun sayılır. O, 1949-1976-cı illərdə ölkəsini idarə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31