Gündəm
Azərbaycanda daha 17 QHT qeydiyyata alındı
Azərbaycanda daha 17 QHT qeydiyyata alınıb. Bu barədə məlumatı virtualaz.org saytına Hökumət-Vətəndaş dialoqu platformasının koordinatoru, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü Əlmməmməd Nuriyev verib.
Maşın qaçıran dəstə ifşa olunub
Oktyabrın 17-də Abşeron rayonu ərazisindən qaçırılmış Nicat İbrahimova məxsus “VAZ-2107” markalı avtomobil oktyabrın 22-də Xəzər rayonunun ərazisində tapılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Hüseynov, Zeynal Hüseynov, Ceyhun Əlihümbətov və Şahbuz rayon sakini Toğrul Nəsirli tutulublar. Onların daha 6 nəfərə məxsus avtomobillərdən pul və akkumulyator oğurlamaları da müəyyən edilib.
Silahı könüllü olaraq polisə təhvil verib
Türkan qəsəbə sakini odlu silahı polisə təhvil verib. DİN-dən verilən məlumata görə, qəsəbə sakini Nazim Mirzəyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq Xəzər RPİ 1-ci PB-yə təhvil verib.
Avtoqəzada bir nəfər ölüb, biri yaralanıb
Oktyabrın 23-də saat 20 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində Gəncə şəhər sakini İlham Quliyevin idarə etdiyi “Mitsubishi” və Şəmkir rayon sakini Vüqar Əzizovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşublar. DİN-dən verilən məlumata görə, nəticədə V.Əzizovun sərnişini, Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
Gəncə sakini 2 nəfəri bıçaqlayıb
Gəncə şəhərində bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Abdulla Paşayevə və Şakir Kərimova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmuş Gəncə şəhər sakini Məcid Süleymanov tutulub. Faktla bağlı araşdırma aoparılır.
Bakı sakinini bıçaqlayıb aradan çıxan şəxs yaxalanıb
Bakı şəhərində bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Bakı şəhər sakini Tural Cəbiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Siyəzən rayon sakini Vasif Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.
Əməkdaşlıq memorandumu imzalanıb
"Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi” (İSİM) və "ASAN könüllüləri" Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Məlumata görə, Azərbaycan gəncləri arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin aradan qaldırılması, gənclər də daxil olmaqla əhalinin müxtəlif təbəqələri arasında sanitar-maarif işinin təşkili, əhalinin sağlamlığının qorunması, xüsusilə də, tütünçəkmə, spirtli içkilərdən istifadə və narkomaniya ilə mübarizə, habelə məişət zorakılığının profilaktikası məqsədilə birgə tədbirlərin və kampaniyaları təşkili, gənclər arasında fiziki aktivliyin və idmanın geniş təbliği, dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən və ictimai sağlamlıqla bağlı fəaliyyətlərdə gənclərin iştirakının təmin edilməsi kimi məsələlər əməkdaşlıq memorandumunun əsas predmentlərindəndir.
Aydın Əliyev Balakəndə qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 28-də saat 10:30-da Balakən şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti 42) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Əvvəlcə BMT TŞ-nin qətnaməsi, sonra status məsələsi...
“Ermənistan əvvəlcə Azərbaycanın yuxarı Qarabağ regionunu, sonra isə ətraf rayonları işğal edib”.
Dini radikalizm və onun fəsadları müzakirə edilib
Xızı rayonu Giləzi qəsəbəsində yerləşən tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev, Xəyal Qocayev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, əməkdaşı Ülvi Məmmədov, Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, din xadimləri və gənclər iştirak ediblər.
Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü keçirilib
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Payız nağılı” adlı “Açıq qapı” günü keçirilib.
Çində TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə,səfər çərçivəsində Çinin Şanxay şəhərində Azərbaycan dəmiryolçuları Almaniyanın məhşur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir qolu sayılan “DP DHL global forwarding” kompaniyasının nümayəndələri ilə görüşüblər. Danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “DP DHL global forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycanda ailə strategiyası hazırlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənilmiş Ailə Strategiyası artıq hazırdır.
Deputatdan özəl klinikalara irad
Bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatı həyata keçirilir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentdə Avropa Parlament Forumu ilə birgə keçirilən dinləmələr zamanı deyib. O təəssüflə qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı artıb: “Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edir.
MTRŞ: Efirin toyxanaya çevrilməsi tendensiyası davam edir
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” telekanalında yayımlanan “Bu maraqlıdır” verilişində baş verənlərə münasibət bildirib.














