Dini radikalizm və onun fəsadları müzakirə edilib

Xızı rayonu Giləzi qəsəbəsində yerləşən tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev, Xəyal Qocayev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, əməkdaşı Ülvi Məmmədov, Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, din xadimləri və gənclər iştirak ediblər.

Xızı rayonu Giləzi qəsəbəsində yerləşən tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev, Xəyal Qocayev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, əməkdaşı Ülvi Məmmədov, Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, din xadimləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov müasiri olduğumuz dövrdə bu kimi tədbirlərin həyata keçirilməsinin zəruriliyindən danışıb. Qeyd edib ki, bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri də dövlət-din münasibətlərinin tənzimlənməsi və dini radikalizmə qarşı mübarizədir. Tədbirdə çıxış edən DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev beynəlxalq terrorizmin bir qolu kimi dini radikalizmə qarşı mübarizənin qanunvericilik əsaslarını şərh edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31