Avtoqəzada bir nəfər ölüb, biri yaralanıb

Oktyabrın 23-də saat 20 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində Gəncə şəhər sakini İlham Quliyevin idarə etdiyi “Mitsubishi” və Şəmkir rayon sakini Vüqar Əzizovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşublar. DİN-dən verilən məlumata görə, nəticədə V.Əzizovun sərnişini, Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Oktyabrın 23-də saat 20 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində Gəncə şəhər sakini İlham Quliyevin idarə etdiyi "Mitsubishi" və Şəmkir rayon sakini Vüqar Əzizovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillər toqquşublar. DİN-dən verilən məlumata görə, nəticədə V.Əzizovun sərnişini, Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31