Gündəm
"Qızıl Məryəm"in qətlində təqsirləndirilənlərə cəza istənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtobuslar qış rejiminə keçir
"Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı məktub göndərəcək".
Bina yanğınında təqsirləndirilən: "Yanğın baş verən ünvana gedəndə tıxaca düşdük" - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ADU-nun iki jurnalı dünya səviyyəli jurnallar sırasında
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin “Dil və ədəbiyyat” İSSN 2518-7538 və “ADU-nun Elmi xəbərləri” ISSN 2518-752X jurnalları dünya səviyyəli jurnallar sırasına daxil olub.
Deputat: “Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir”
"ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan əl çəkməlidir”.
İrəvanda durum: "Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır"
İrəvan bazarında alıcıların sayı gündən-günə azalır. Olaylar.az modern.az-a istinadən bildirir ki, bunu bazardakı satıcılar da təsdiqləyir və narazılıqlarını qeyd edirlər.
Mübariz İbrahimov gənclərimiz üçün vərtənpərvərlik nümunəsidir
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu mənada Biləsuvar rayonunda şəhid, milli qəhrəman Mübariz İbrahimovun adının əbədiləşdirilməsi, ona göstərilən yüksək ehtiram təqdir edilməlidir.
Özbək xalqı Azərbaycanın yanındadır, onun haqq işini müdafiə edir
Çox sevindirici haldır ki, Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi problemin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən xarici ölkələrin tarixçiləri, araşdırmaçıları, yazıçı-publisistlərinin sayı getdikcə artmaqdadır. Ölkəmizin ədalətli mövqeyini hər zaman müdafiə edən, bunu qələmə aldığı kitablarda açıq şəkildə bəyanlayan dəyərli insanlardan biri də özbək tədqiqatçısı Şöhrət (Salamov) Barlasdır.
Namiq Qaraçuxurlu Aygün Kazımovaya sərt cavab verdi
Yaxın keçmişin tanınmış meyxanaçısı, artıq neçə müddətdir ki, yalnız müğənniliklə məşğul olan Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanın ittihamlarına sərt cavab verdi.
Türkiyə XİN başçısı: "Mosul əməliyyatında 4 "F-16" qırıcımız iştirak edir"
"Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında 4 "F-16" qırıcımız koalisiya qüvvələrinə dəstək verir".
Məleykə Abbaszadə: "Monitorinq imtahanlarının iştirakçılarının 30%-i heç bir suala cavab verə bilməyib”
"Gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında 113 min abituriyentin iştirakı gözlənilir. Buraxılş imtahanlarında iştirak edəcək abituriyentlərin 62 420 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi monitorinq imtahanlarına qatılıb. Bu, o deməkdir ki, biz artıq 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin yarısından çoxunun biliyini müəyyən səviyyədə bilirik”.
Tehran Qarabağ məsələsində vasitəçilik edəcək?
Qarabağ münaqişəsinin həlli məsələsində heç bir ölkə İran kimi müsbət rol oynaya bilməz, lakin hazırda Tehranın vasitəçiliyi gündəmdə deyil.
Ermənistanda dövlət qulluqçularına “Facebook” qadağan edildi
Ermənistanın yeni baş naziri Karen Karapetyan dövlət idarələrinin bütün əməkdaşlarına, tutduqları vəzifədən asılı olmayaraq, sosial şəbəkələrdən istifadəni qəti şəkildə qadağan edib.
Zığdakı sürüşmə sahəsi: evlərdə çatlar dərinləşib, bəziləri qəzalı vəziyyətdədir
Aramsız yağan yağışlardan sonra Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə zonasında çatlar dərinləşib, bir neçə ev qəzalı vəziyyətə düşüb.
İŞİD lideri Mosuldan qaçdı
İŞİD lideri Əbubəkir Bağdadi Mosuldan qaçıb. Lent.az xəbər verir ki, İraqdakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın olan “Rudaw” agentliyi İŞİD rəhbərinin son olaraq bu ayın 19-da Mosulda göründüyünü yazıb. Kəşfiyyat məlumatlarına istinadən hazırlanan xəbərdə qeyd edilir ki, İraq ordusu və kürd qüvvələrin Mosulun terrorçulardan azad edilməsi ilə bağlı başlatdığı əməliyyatdan sonra şəhərdə hərəkətlilik artıb və İŞİD-ə rəhbərlik edən əsas komandirlər buranı tərk edib. Bağdadi də bəzi komandirlərlə birgə Suriyanın Rəqqa şəhərinə çəkilib.














