Deputat: “Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir”
"ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan əl çəkməlidir”.
24 Oktyabr 2016 16:52 Siyasət"ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan əl çəkməlidir". Bunu deyən Milli Məclisin deputatı Bəxtiyar Əliyevin sözlərinə görə, həmsədrlər bugünə qədər işağlçı Ermənistana qarşı heç bir təzyiq göstərməyiblər. Deputat əlavə edib ki, işğalçı dövlətə beynəlxalq hüquq normalarına uyğun olaraq təzyiqlər göstərilməsə, o xoşluqla sülhə getməyəcək: "Təəssüf ki, işğalçı ölkəyə silah verirlər, hətta ən müasir ballistik raketlərlə təmin edirlər. Bu yolverilməzdir, çünki münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31