Namiq Qaraçuxurlu Aygün Kazımovaya sərt cavab verdi
Yaxın keçmişin tanınmış meyxanaçısı, artıq neçə müddətdir ki, yalnız müğənniliklə məşğul olan Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanın ittihamlarına sərt cavab verdi.
24 Oktyabr 2016 16:41 Mədəniyyət"Bu mənim üçün iyrənc məsələdir"
Yaxın keçmişin tanınmış meyxanaçısı, artıq neçə müddətdir ki, yalnız müğənniliklə məşğul olan Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanın ittihamlarına sərt cavab verdi.
Aygün Kazımovanın dediyinə görə, Namiq hal-hazırda yaşadığı bağı birgə olduqları vaxt onun əlindən alıb.
Olaylar.az bildirir ki, ATV.az-a "Aygün Kazımovadan uzaqlaşdığım vaxtdan bir necə il keçsə də, bəzi adamların istəyinə baxmayaraq, onunla münasibətləri saxlamışam. Bu gün isə təəssüf edirəm ki, o insanlar istəyinə çatdılar, - deyən Namiq "bağ məsələsi" barədə çox lakonik oldu. - Bu məsələ mənim üçün iyrənc məsələdir. Bu məsələni xırdalamaq Ayqün-Namiq cütlüyünü bəyənməyən düşmənləri sevindirməkdən başqa bir şey deyil".