ADU-nun iki jurnalı dünya səviyyəli jurnallar sırasında

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin “Dil və ədəbiyyat” İSSN 2518-7538  və “ADU-nun Elmi xəbərləri” ISSN 2518-752X  jurnalları dünya səviyyəli jurnallar sırasına daxil olub.

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin "Dil və ədəbiyyat" İSSN 2518-7538  və "ADU-nun Elmi xəbərləri" ISSN 2518-752X  jurnalları dünya səviyyəli jurnallar sırasına daxil olub.

2005-ci ildən çap olunmağa başlayan "Dil və ədəbiyyat" jurnalı 2006-cı ildən  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunub. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali attestasiya komissiyasının 30 aprel 2010-cu il tarixli iclasında dövri nəşr kimi təsdiq olunub. "Dil və ədəbiyyat" jurnalında müasir ədəbiyyatda  baş verən prosesləri təhlil olunmaqla filologiyanın inkişafına təkan verəcək elmi tədqiqat işlərinin nəşri öz əksini tapır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  12 yanvar 2001-ci il tarixli 132 saylı əmrin əsasən "Elmi xəbərlər" jurnalı qrif alıb. 9 mart 2016-cı il tarixində isə jurnalın adı dəyişdirilərək "ADU-nun Elmi xəbərləri" olub.

Bundan əlavə ADU-da müxtəlif istiqamətlərdə elmi tədqiqat işləri aparılır. Bu işlərə həm müəllimlər, həm də tələbələr cəlb olunur. Ayrı-ayrı kafedralarda araşdırılan elmi tədqiqat işlərinin nəticələri respublikamızın müvafiq ali məktəblərində, eyni zamanda universitetin həm bakalavr, həm də magistr pillələrində geniş işlədilməklə, müxtəlif istiqamətli dissertasiya işlərinin yazılmasına zəmin yaradır. Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbələr  24 müxtəlif bölmə üzrə elmi tədqiqat işləri görürlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31