Maşın qaçıran dəstə ifşa olunub
Oktyabrın 17-də Abşeron rayonu ərazisindən qaçırılmış Nicat İbrahimova məxsus “VAZ-2107” markalı avtomobil oktyabrın 22-də Xəzər rayonunun ərazisində tapılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Hüseynov, Zeynal Hüseynov, Ceyhun Əlihümbətov və Şahbuz rayon sakini Toğrul Nəsirli tutulublar. Onların daha 6 nəfərə məxsus avtomobillərdən pul və akkumulyator oğurlamaları da müəyyən edilib.
24 Oktyabr 2016 16:17 KriminalOktyabrın 17-də Abşeron rayonu ərazisindən qaçırılmış Nicat İbrahimova məxsus "VAZ-2107" markalı avtomobil oktyabrın 22-də Xəzər rayonunun ərazisində tapılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Hüseynov, Zeynal Hüseynov, Ceyhun Əlihümbətov və Şahbuz rayon sakini Toğrul Nəsirli tutulublar. Onların daha 6 nəfərə məxsus avtomobillərdən pul və akkumulyator oğurlamaları da müəyyən edilib.