Çində TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə,səfər çərçivəsində Çinin Şanxay şəhərində Azərbaycan dəmiryolçuları Almaniyanın məhşur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir qolu sayılan “DP DHL global forwarding” kompaniyasının nümayəndələri ilə görüşüblər. Danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “DP DHL global forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə,səfər çərçivəsində Çinin Şanxay şəhərində Azərbaycan dəmiryolçuları Almaniyanın məhşur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir qolu sayılan "DP DHL global forwarding" kompaniyasının nümayəndələri ilə görüşüblər. Danışıqlarda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "DP DHL global forwarding" şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər. Söhbət zamanı, ümumilikdə Şərq-Qərb marşrutu və onun tərkib hissəsi olan TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri və yüklərin cəlb olunması məsələləri müzakirə olunub. Alman şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək, Asiya ilə Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. Qeyd edilib ki, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə oartacaq, və Asiya ölkələri ilə Avropa arasında yükləri çatdırılma vaxtı qısalacaq. Görüşdən sonra, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və onu müşayiət edən rəsmi şəxslər "DP DHL global forwarding" kompaniyasının Şanxaydakı yük anbarlarına baş çəkərək, şirkətin iş prinsipləri ilə tanış olaraq, burada cəmləşdirilən yüklər, onların həcm və tərkibi haqda məlumatlar əldə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31