Əvvəlcə BMT TŞ-nin qətnaməsi, sonra status məsələsi...
“Ermənistan əvvəlcə Azərbaycanın yuxarı Qarabağ regionunu, sonra isə ətraf rayonları işğal edib”.
24 Oktyabr 2016 16:08 Siyasət"Ermənistan əvvəlcə Azərbaycanın yuxarı Qarabağ regionunu, sonra isə ətraf rayonları işğal edib". Bunu Milli Məclisin deputatı Musa Qasımlı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin münaqişənin həllinə dair səsləndirdiyi fikri şərh edərkən deyib. Deputat qeyd edib ki, təcavüzkar ölkə BMT TŞ-nin müvafiq qətnamələrini qeyd-şərtsiz yerinə yetirməli, sonra isə status məsələsi müzakirə edilməldir. M.Qasımlı əlavə edib ki, beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Qeyd edək ki, amerikalı həmsədr Uorlik ötən həftə Bakıda keçirilən mətbuat konfransında bildirib ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və ya Dağlıq Qarabağın statusu üzrə danışıqlar keçirilmədən heç bir saziş olmayacaq.