Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılacaq

Azərbaycanda idmançıların dopinqdən istifadə edilməsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır. Bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin oktyabrın 24-də keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Azərbaycanda idmançıların dopinqdən istifadə edilməsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır. Bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin oktyabrın 24-də keçirilən iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq: "Yaradılacaq Milli Antidopinq Agentliyinə idmançılarda dopinqin aşkar edilməsi, onun mexanizmi, tibbi müayinələrin aparılması, testlərin tətbiq edilməsi, idmançıların dopinqdən istifadə ilə bağlı şikayətləri ilə bağlı məsələlər öz əksini tapacaq". Nazir deyib ki, hətta Milli Antidopinq Agentliyinin tərkibində apellyasiya şuralarının, arbitrajın yaradılması da nəzərdə tutulur. A.Rəhimov onu da bildirib ki, hazırda nazirliyin tərkibində belə bir qurum fəaliyyət göstərsə də, o beynəlxalq anti-dopinq təşkilatları tərəfindən tanınmır. Onun sözlərinə görə, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar, ölkəmizə dopinq məsələsində ciddi nəzarətə səbəb olub: "Artıq zaman tələb edir ki, idmanda dopinə qarşı ümbarizədə fəaliyyətimizi dünyanın tələblərinə uyğunlaşdıraq və ona uyğun hərəkət edək. Beynəlxalq aləmin dopinq sahəsindəki mübarizəsini nəzərə alaraq Azərbaycan da, bu sahədə üzərinə müəyyən öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirmək istiqamətində fəaliyyət göstərməli, bu sahəyə öz töhfəsini verməlidir. İdmanda dopinqə qarşı mübarizə sahəsində yeni qanun hazırlanması ölkə başçısı İlham Əliyevə məruzə edilib və o da, öz növbəsində bildirdi ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Ölkə başçısı onu da əlavə etdi ki, elə etmək lazımdır Azərbaycan idmanına ləkə gəlməsin. Azərbaycan necə uöurlar əldə edib və bu uğurlar bundan sonra da davam etdirilməlidir. Odur ki, dopinqə qarşı ciddi mübarizə metodu hazırlanmalıdır"- deyə, nazir vurğuladı. Nazir əlavə etdi ki, dopinqə qarşı hazırlanacaq qanunda bir neçə əsas məsələ öz əksini tapmalıdır: "Birincisi, qanun beynəlxalq standarta cavab verməlı, müstəqil Milli Anti-Dopinq Agentliynin yaradılmasını, idmanda idmandam naipulyasiyaya yol verilməməsi, idmançıya hər hansı formada təzyiqlər və idmançıda dopinqdən istifadə etməsinin vaxtında aşkar olunması üçün lazımı maddi-texniki bazanın yaradılması öz əksini tapmalıdır. Çünki ildə idmançılarda dopqinqin aşakar edilməsi üçün 700-800 növ testdən və müayindən keçilməsi nəzərdə tutulur. Elə etməliyik ki, dopinqə qarşı effektli mübarizə apara bilək". Nazir əlavə edib ki, Azərbaycan idman sahəsindəki effektivliyinə görə dünyada birinci yerdədir: " Azərbycan ildə idman yarışlarında çoxsaylı medallar əldə edir və idman yarışlarında mötəbər yerlər qazanaraq, Azərbaycan bayrağını qaldırırlar. Elə sonuncu Brazilyada keçirilən Yay Olimpiadasında Azərbaycan əldə etdiyi medalların sayına görə, dünyada 13-14-cü yerdə, MDB məkanında ikinci yerdə, İslam dünyasında isə birinci yerdə oldu". Nazir onu da əlavə edib ki, bununla yanaşı, Azərbaycan idman effektivliyinə görə dünyada birinci yerdə qərarlaşıb: "Azərbaycan həmçinin, idman sahəsində adambaşına düşən medal sayına görə, dünyada 8-ci yerdədir. Məhz Azərbaycanın idman sahəsindəki bu uğurları dünya idman təşkilatlarının ciddi marağına səbəb olub. Ona görə də beynəlxaql idman qurumları Azərbaycanı dopinq sahəsində ciddi işlər görməyi tələb edir və biz də bu məqsədlə yeni bir qanun hazrılayırıq. Bu qanun dopinqə qarşı mübarizədə öz müsbət nəticəsini verəcək". Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bu gün bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir: "Beynəlxalq Antidopinq Təşkilatı idmançıların 7000-dən artıq dərmandan istifadə etməsinə qadağa qoyub. Həmin dərmanlardan istifadə edən idmançılar dərhal yarışlardan uzaqlaşdırılır. Bu hal 3 dəfə təkrarlandıqda idmançıların beynəlxalq yarışlarda iştirakına ömürlük qadağa qoyulur. Bu, hər bir ölkə üçün vacib şərtdir. Düzdür, Azərbaycanda buna riayət edilir. Gənclər və İdman Nazirliyinin Antidopinq Komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamadan keçirlər. Qadağan olunmuş dərmanlardan istifadə etdiyi aşkarlanan şəxs dərhal cəzalandırılır". Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq I oxunuş üçün hazır olduğunu nəzərə çatdırıb. Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını bildirən F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. F.Muradov əlavə edib ki, qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb. Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. F.Muradov hesab edir ki, bu, problemli hallarda idmançıların öz hüquqlarının qorunmasına yardım edə bilər. Komitə sədri qeyd edib ki, qanuna uyğun olaraq, hər hansı yarışda iştirak edən idmançı dopinq nəzarətinin həyata keçirilməsi ilə bağlı tələblərə tabe olmağa məcburdur. Bu qanuna riayət olunmama pozulma hesab edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Pozulmanın müəyyən edilməsi və cəzanın tətbiqi NADA-nın xüsusi səlahiyyət verilmiş şəxsləri tərəfindən həyata keçiriləcək. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bu məsələnin tezliklə praktiki tətbiq olunması üçün layihədən irəli gələcək sanksiyaların Cinayət və İnzibati Xətalar məcəllələrində təsbit olunmasının vacibliyindən danışıb. Deputatlar Şahin İsmayılov, Adil Əliyev və digərləri çıxış edərək ikinci oxunuşla bağlı təkliflərini səsləndiriblər. Ş. İsmayılov bildirib ki, qanun layihəsinin qəbul olunması idmandakı bir sıra siyasi və ictimai narahatlığa son qoyacaq. Layihə birinci oxunuşda plenar iclasa təqdim olunub.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31