Səfirimiz etimadnaməsini Malta prezidentinə təqdim edib

Azərbaycan Respublikasının iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Malta Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib.

Azərbaycan Respublikasının iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Malta Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə,M.Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Malta prezidentinə salamlarını və xoş arzularını çatdırdı, son illərdə iki ölkə arasında əlaqələrin inkişafında müşahidə olunan intensivliyi qeyd etdi, əlaqələrin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirib. Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka onun salamlarını və xoş arzularını azərbaycanlı həmkarına çatdırmağı xahiş edib, Maltanın Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, bu xüsusda son dövrdə Maltadan Azərbaycana çoxsaylı yüksək səfərlərin həyata keçirildiyini deyib. Prezident Mari-Luiz Koleyro Preka cari ilin aprel ayında Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri və səfər vaxtı Prezident İlham Əliyevlə görüşü ilə bağlı xoş təəssüratlarını bölüşüb. Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı perspektivləri, 2017-ci ilin birinci yarısında Malta Respublikasının Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31